/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

“Türk axını” layhəsinnə yenidən “nəfəs” verilir

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiyanın “Qazprom” şirkəti “Türk axını”nın reallaşdırılması ilə bağlı danışıqlara başlayıb. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak Türkiyə və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündən sonra bildirib. Novak layihənin Rusiya Türkiyə münasibətlərinə əhəmiyyətindən danışaraq qeyd edib ki, Avropa İttifaqı və Avropa Komissiyasının razılığı olmadan ikinci boru xəttinin çəkilməsindən söhbət gedə bilməz. Rusiya, Türkiyə və Avropa İttifaqı "Türk axını" layihəsində maraqlıdır. Bundan sonra əsas məsələ texniki detalları razılaşdırmaqdır. Bu barədə açıqlama verən Rusiyanın energetika naziri Aleksandr Novak qeyd edir ki, "Türk axını" ilə bağlı dövlətlərarası saziş artıq oktyabrda bağlana bilər. Bundan sonra layihənin reallaşdırılması ilə bağlı konkret addımlar atılacaq. Novak deyib ki, Rusiya və Türkiyə “Türk axını”nın reallaşdırılması ilə əlaqədar işçi qrupunun yaradılması barədə razılığa gəlib. Rusiya Türkiyə tərəfinə “Türk axını”nın tikintisi ilə əlaqədar hazırladığı “Yol xəritəsi”ni də təqdim edib. “Türk axını”nın birinci xəttinin tikintisi 2019-cu ilin dekabr ayında başa çatacağını deyən Novak bu xəttin ərsəyə gəlməsi üçün sadəcə Türkiyə tərəfinin razılığının olmasının kifayət etdiyini bildirib. Avropa İttifaqı və Avropa Komissiyasının razılığı olmadan "Türk axını" layihəsi çərçivəsində yalnız bir boru xəttinin çəkilməsindən söhbət gedə bilər- deyən Novak layihə çərçivəsində ikinci boru xəttinin çəkilməsi üçün Rusiyaya Avropa İttifaqı və Avropa Komissiyasının təminatlarının zəruri olduğunu vurğulayıb. Rusiya əmin olmalıdır ki, bu infrastruktura tələbat olacaq. Novak belə deyib. Energetika naziri “Türk axını”nın reallaşdırılması çərçivəsində Rusiyanın Türkiyəyə satacağı qazın qiymətində endirim olması məsələsinin müzakirə olunmadığını, bununla belə Rusiya energetika nazirliyinin Türkiyə üçün qazın qiymətində endirim edilməsini müzakirə etməyə hazır olduğunu qeyd edib. Rusiyanın energetika naziri həmçnin “Akkuyu” atom elektrik stansiyasının tikintisi üçün müvafiq icazələrin verilməsinin də razılaşdırıldığını açıqlayıb. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin “Türk axını” layihəsinin həyata keçirilməsində iki ölkənin qərarlı olduğunu söyləyiblər.

13:00 / 10.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 1392
Bu ay: 308070
Ümumi: 13797686
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın