/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Vergi sahəsində yeniliklər

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkminləşdirilməsi haqqında sərəncam imzalayıb. Ekspertlər dövlət başçının bu sərəncamını ölkə iqdisadiyyatnın inkişafı üçün müsbət hal kimi qiymətləndirirlər. Dövlət başçısnın 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkminləşdirilməsi haqqında sərəncamı ilin sonunadək vergi sahəsində bir sıra yeniliklərlə yadda qalacaq. Bu da sözsüz ki, kiçik və orta sahibkarlıqla məşğul olanların işini yüngülləşdirəcək, gəlirlərinin isə artmasına səbəb olacaq. Məsələn pərakəndə ticarətlə məşğul olan vergi ödəyicisinin əlavə dəyər vergisi üzrə vergi ticarət əlavəsindən tutulacaq. Əgər sahibkar məhsulu 70 qəpiyə alıb 80 qəpiyə stırsa, bundan sonra ƏDV fərqdən yəni 10 qəpikdən tutulacaq. Sərəncama görə, topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyyarlar da müəyən edilib. Sərəncamla tax-free sistemi öz arealını genişləndirəcək. Turistlər ilin sonuna qədər nəinki hava limanında digər sərhəd buraxılış məntəqələrində də bu sistemdən istifadə edə biləcəklər. Bu da öz növbəsində ölkəmizə gələn turist sayının artmasına təkan verəcək. Daha bir böyük dəyişiklik kameral vergi yoxlamaları ilə bağlıdır. Bu yoxlamalar vergi bəyannamələri təqdim edildikdən sonra yalnız 30 gün müddətində aparıla bilər. Vergı ödəyıcılərı tərəfındən aparılan əməliyyatlarda elektron qaimə-faktura sistemi tətbiq olunacaq. Bu o deməkdir ki, malların yüklənməsı və göndərilməsı artıq elektron sıstemdə öz əksını tapacaq. Əvvəl vergi orqanı daxil olan pulları banklar vasitəsilə izləyə bilirdilər. Bundan sonra onlar malın hərəkətinə də nəzarət əldə edəcəklər. Bu elektron audıt üçün vacıbdır. Sənəddə kənd təsərrüfatı məhsullarnın istehsalçıları üçün də tətbiq edilək güzəştlər olacaq. Əvvəlcə kənd təssərüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlər müəyyən edilcək. Ümumilikdə sərəncam vergi sahəsində islahatların aparılmasına təkan verəcək. Bu islahatlar əsasən 21 istiqamət üzrə baş tutacaq. İslahatlar əsasən beynəlxlq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək. Bununla da vergi ödəyicilərinin vergi riskləri minimuma endiriləcək, könüllü vergi açıqlaması tətbiq ediləcək, ölkə iqtisadiyyatında şəffavlığı artırmaq üçün nağdsız əməliyyatlar stimullaşdırılacaq, vergi ödəyicilərinin xərclərinin süni şəkildə artırılması halları aradan qaldırılacaq, vergı ödəyıcılərının fəalıyyətını səmərəlı təşkıl etmək üçün beynəlxalq təcrübədə genış tətbıq olunan “vahıd hesabat standartı” da hazırlancaq. Vergilər nazirliyinə tapşırılıb ki, “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” nəzərə alınmaqla vergi qanunverıcıliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb 3 ay müddətində Azərbaycan respublıkasının prezıdentinə təqdim etsin.

13:00 / 05.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 13676
Bu ay: 140865
Ümumi: 17855036
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın