/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

BTC- nin açılışından 10 il ötür

Şriftin ölçüsü:  11px13px15px17px

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılışından 10 il ötür. Hazırda kəmərlə gündə 1,2 milyon barreldən çox neft nəql olunur. Gələcəkdə bu rəqəmin daha da artacağı gözlənilir. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il iyun ayının 1-ə qədər limandan 303 milyon 845 min 179 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Neft buradan Aralıq dənizi ilə Avropa bazarına nəql olunur. Kəmərin uzunluğu 1 768 km-dir. Bunun 443 kilometri Azərbaycandan, 249 kilometri Gürcüstandan , 1076 kilometri isə Türkiyədən keçir. Hazırda btc ilə əsasən "Azəri-Çıraq Günəşli" yataqlarından hasil edilən neft və "Şahdəniz" yatağından hasil olunan kondensat nəql edilir. Onu da deyək ki, 2008-ci ildən bu boru kəməri ilə Qazaxıstan nefti, 2010-cu ildən isə türkmən nefti nəql olunmağa başlayıb.

13:00 / 13.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 182
Bu ay: 361913
Ümumi: 13186211
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın