/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Taxıl biçini aparılır

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkədə arpa tədarükünün ardından taxıl biçininə başlanılıb. Bu mövsüm qeyri-sabit hava şəraiti əksər bölgələrdə zəmilərə ziyan vurub. Masallıda aparılan biçin işləri bu rayonda məhsuldarlığın bir qədər də aşağı düşmədiyini göstərir.
Masallıda taxıl yığımına bir həftəyə yaxındır başlanılıb. Bu il fermerlər daha məhsuldar sortlar olan «Taleh- 38», «Bərəkətli - 95» və «Qarabağ» sortlarını yetişdiriblər. Güclü leysan və doluya baxmayaraq, məhsuldarlığın normal olması taxıla göstərilən düzgün aqrotexniki qulluqla bağlıdır. Təcrübəli fermerlər belə deyirlər.
Fermerləri narahat edən əsas məsələ isə məhsulu vaxtında və itgisiz yığa bilməmələridir. Rayonda texnika çatışmazlığı var. Rayon rəsmiləri sahələrdə, ümumilikdə, 50 kombayn işlədiyini deyirlər. Onların sözlərinə görə, yığım bütün sahələrdə eyni vaxtda başladığından və fermerlərin məhsulu daha tez götürmək istəməsi texnika sarıdan çətinlik yaradıb. Qeyd edək ki, ötən il Masallıda 11 min 891 hektar sahədə taxıl əkilib və 28 min 883 ton məhsul tədarük olunub. Bu il isə rayon ərazisində bir qədər az, 11 min 582 hektarda taxıl becərilib və orta hesabla 24 sentiner məhsul götürülür.

Vurğun Məmmədov

13:00 / 22.06.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 7697
Bu ay: 275738
Ümumi: 13765354
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın