/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Yem istehsalında artım var

Şriftin ölçüsü:  11px13px15px17px

Arpa biçini ilə yanaşı, bölglərdə yonca biçini də aparılır. Bu il ötən ildən məhsul bolluğuna görə fərqlənir. Otun satış qiyməti isə aşağı düşüb. Sahibkarların fikrincə bu, heyvandarlığın inkişafına müsbət təsir edəcək. Bu il Goranboyda əkinə yararlı 46 min hektar torpağın 15 min hektara yaxın sahəsində yonca, təqribən min hektarında isə yemlik qarğıdalı əkilib. Artıq ilk biçin başa çatıb. Hesablamalara görə, hər hektar yonca sahəsindən 30-40 sentner qaba yem əldə olunub. Bu da yüksək nəticə deməkdir. Buna baxmayaraq, sahibkarların yem istehsalında üzləşdikləri çətinliklər də var.
Mütəxəssislər isə deyirlər ki, yem məqsədilə əkildiyi üçün yonca sahələrində gəmiricilərlə kimyəvi mübarizə işləri qadağan olunub. Hazırda bir ot bağlamasının qiyməti ötən mövsümlə müqayisədə 50-60 qəpik aşağı, yəni 1 manat - 80 qəpik arasında dəyişir.

Elnur Tofiq

17:00 / 08.06.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 15646
Bu ay: 429469
Ümumi: 12607856
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın