/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Biznes simpozium keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının vıı qlobal forumu çərçivəsində biznes simpozium keçirilib. Tədbirdə son illər azərbaycanda iqtisadi sahədə həyata keçirilən islahatlar, reallaşdırılan regional layihələr, yoxsulluğun aradan qaldırılması, məşğulluğun təşkili və digər mühüm məsələlərə toxunulub. Biznes zimpozium “İnklüziv cəmiyyətlərdə birgəyaşama çağırış və məqsəd” adını daşıyıb. Simpoziumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, inklüzivlik yoxsullar, qaçqın və məcburi köçkünlərin rifahının təmin edilməsini nəzərdə tutur. Nazir deyib ki, bu baxımdan, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, şəffaf inzibati tənzimləmə və dəstək mexanizmlərinin tətbiqi, layihələrin birgə maliyyələşdirilməsi və risklərin bölüşdürülməsi sahələrdə uğurlu təcrübə mövcuddur. Eyni zamanda simpoziumda bildirildi ki, BMT 2010-cu ildən başlayaraq yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm işlər, layihələr və proqramlarıhəyata keçirməkdədir.biznes simpoziumda eyni zamanda yoxsulluğun aradan qaldırılmasında özəl sektorun əhəmiyyətindən danışıldı. Bunun üçün paneldə dünya miqyaslı böyük şirkətlərin rəhbərləri də iştirak etdilər.

Tural Azəroğlu

19:00 / 25.04.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 23999
Bu ay: 433415
Ümumi: 13923031
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın