
«Cənubi qafqaz boru kəməri»-nin genişləndirilməsi çərçivəsində Azərbaycan və Gürcüstanda görülən işlərin 70 faizi yekunlaşıb. Bunu bu gün Bakıda işə başlayan SOCAR: "Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya" konfransında çıxış edən energetika naziri Natiq Əliyev deyib. Nazir bildirib ki, Cənub Qaz Dəhlizinin tikintisi də plana uyğun və sürətlə davam edir. Azərbaycan "Cənub qaz dəhlizi"-nin genişləndirilməsi ilə bağlı Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Gələcəkdə təkcə «Şahdəniz-2» yox digər yataqlardan əldə edilən qaz da bu kəmər vasitəsilə Türkiyə və Avropaya ötürülə bilər.
17:00 / 25.04.2016