/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Azərbaycan İran iqtisadi əlaqələri möhkəmlənir

Şriftin ölçüsü:  11px13px15px17px

Ötən gün Azərbaycan və İran rəsmilərinin iştirakı ilə Astara çayı üzərində dəmiryol körpüsünün təməlqoyma mərasimi keçirilib. Mərasimdən sonra Azərbaycan və iran nümayəndə heyətlərinin geniştərkibli görüşü olub. İqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və İran tərəfindən aidiyyəti qurumların yüksək səviyyəli nümayəndələri iştirak edirdilər. Görüşdə Azərbaycan və İran arasındakı iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də şimal-cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlərə dair müzakirələr aparldı.
İran Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2016-cı ilin yanvar-mart aylarında bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 53 faiz artıb. Məqsəd gələcəkdə ticarət dövrüyyəsini daha da artırmaqdır.
Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, bankçılıq, əczaçılıq, nəqliyyat və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür. Astara stansiyasından sərhədə qədər yolun, İran tərəfində 1,7 km-lik xəttin və yükboşaltma terminalının tikintisi sürətləndirilib. «Azərbaycan Dəmir Yolları» QSC-nin 11 saylı ixdisaslaşdırılmış dəmir yol müəssəsi ərazidə işləyir. Hazırda 100-ə yaxın texnikanın köməkliyi ilə torpaq qatı döşənir.
Qeyd edək ki, İran şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 1 milyard 200 milyon dollar həcmində investisiya qoyulub. Bu investesiyaların 145 milyon dolları qeyri neft sektorunun payına düşür.

Vurğun Məmmədov

09:00 / 21.04.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 13024
Bu ay: 264220
Ümumi: 13753836
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın