/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Doha görüşü başa çatdı

Şriftin ölçüsü:  11px13px15px17px

Dünyanın yanacaq bazarının gələcək taleyinə aydınlıq gətirəcək və ətrafında böyük ajiotaj yaşanan neft hasilatçısı ölkələrinin Doha görüşü başa çatdı. Görüşün acı nəticəsi ondan ibarət olud ki, iştirakçılar neft hasilatnın dondurlması ilə bağlı razılığa gələ bilmədilər. Dünən qətərin paytaxtı Doha şəhəri böyük bir əhəmiyyətli hadisəylə dünyanın diqqət mərkəzində idi. Neft hasilatçısı olan ölkələrin energetika sahəsində rəsmiləri burada bir araya gələrək uzun müddət müzakirə obyekti olan mövzuya dair danışıqlarda son nöqtəni qoymalıydılar. Lakin yığıncaq ətrafında yaşanan ajiotaja baxmayaraq görüş nəticəsiz başa çatdı. Hadisələrin senarisinə varmadan qeyd edə bilərik ki, hasilatçı ölkələr neft bazarında vəziyyəti sabitləşdirmək üçün ələ düşən fürsəti layiqincə dəyərləndirə bilmədilər. Səbəb isə həmişə olduğu kimi müzakirənin iqtisadi tərəfi deyil, siyasi aspektlərinin daha üstün olmasında idi. Neft bazarında çoxtütblü spektrlər bu dəfə də hasilatçı ölkələrin bir mövqedən çıxış etməsinə maneə törətdi. Bütün sahələrdə olduğu kimi neft bazarındada İran-Səudiyyə Ərəbistanı qarşıdurması yekun nəticənin əldə edilməsinə maneə törətdi. Lakin yığıncağın nəticəsiz sonluqla başa çatması əvvəlcədən də özünü biruzə verirdi. Bu səbəbdən də iclasın əsas təşəbbüskarlarından olan rusiyanın energetika naziri Aleksandr Novak bütün son dövr ərzində ehtiyyatla danışaraq qəti mövqe ortaya qoymaqdan çəkinirdi. Hadisələrin gedişi də bu ehtiyyatların əsassız olmadığını sübut etdi. 6 saatdan artıq keçən gərgin danışıqlardan sonra iştirakçılar iyun ayında yenidən bir araya gəlmək üçün qərar verdilər. Hələ İran nümayəndə heyətinin doxa görüşünə qatılmayacağıyla bağlı məlumatlar daxil olan kimi neft bazarında qiymətlər enişə başladılar. Həftə sonu «Brent» markalı neft 44 dollardan 42,4 dolaradək aşağı endi. Yığıncaqdan sonra isə bu eniş kəskin xarakter aldı. Brent nefti dəyərini daha 1 dollar 73 sent itirərək 41 dollar 37 sentədək aşağı düşdü. Lakin buna baxmayaraq yığıncaq iştirakçılarından bəziləri bu enişin iclasın yekununa deyil, daha çox fundametal faktorlara əsaslanaraq baş verdiyni bildiriblər. Doha görüşünü digər əsas təşəbüsskarlarından olan Rusiyanın energetika naziri Aleksandr Novak isə iclasın nətiəcsiz başa çatmasaında İran və Səudiyyə Ərəbistanınını günahlandırmayıb. Rusiyalı nazir eyni zamanda qeyd edib ki, OPEK üzvü olan ölkələrin son anda təklif edikləri variantdan biri də, sazişin əvvəlcə təşkilat üzvlərinin hamısını razılığıyla imzalandığndan sonra digər ölkələrə təqdim edilməsidir. Nazirin fikrincə burada söhbətçox ehtmial ki, Kolumbiya və ya Norveçdən gedir. Daha sonra Rusiya rəsmisi iclasın yekunun onu ölkəsinə də heç bir təsir göstərməyəcəyini vurğulayıb.

11:00 / 18.04.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 25208
Bu ay: 462096
Ümumi: 12640483
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın