/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Neft hasilatı dondurula bilər

Şriftin ölçüsü:  11px13px15px17px

Dünya bazarında neftin qiymətindəki kəskin geriləmə bir çox ixracatçı dövlətlərin iqtisadiyyatına ağır zərbə vurub. Rəsmi Moskva artıq məsələ ilə bağlı konkret addımlar atmaqdadır. Maraqlıdır ki, Rusiyanın bu müstəvidə mövqeyini vaşinqtonun bir sıra müttəfiqləri də dəstəkləyir. Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin ölkənin iri neft şirkətlərinin rəhbərləri ilə görüşdə hasilatı azaltmaq barədə təklif irəli sürdü. Məqsəd isə hazırda dünya bazarında neftin qiymətinin kəskin şəkildə azalmasına əsas səbəb olan təklifin çoxluğunu aradan qaldırmaqdı. Bu barədə danışıqlar hələ fevralın 16-da rəsmi Moskva ilə OPEK dövlətləri arasında aparılmışdı. Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər görüşərək neft hasilatını 11 yanvar tarixindəki həddə dondurmağa qərar vermişdilər. Daha sonra isə Ekvador, Əlcəzair, Nigeriya, Oman, İraq, Küveyt və BƏƏ - də neft hasilatının dondurulmasına müsbət yanaşma açıqladılar. Amma İranın anlaşmadan imtina etməsilə konkret qərarın çıxarılması növbəti görüşə qədər təxirə salınmışdı. Bu həftə isə Rusiyanın energetika naziri Aleksandr Novak bəyan etdi ki, neft ixrac edən 15-dən çox ölkə hasilatı 2016-cı ilin yanvar həddində saxlamağı rəsmən təsdiqləyib. Rusiya prezidenti Vladimir Putin də hökumət üzvləri ilə görüşdə ölkəsinin bu qərara əməl edəcəyini bildirib. Hasilatın azalması nəticəsində OPEK dövlətlərinin dünya bazarına çıxardığı neftin həcmi təxminən gündəlik 300 min barrel kiçildi. Lakin, bu azalma qiymətlərdə elə də kəskin fərq yaratmadı. Çünki hazırda gündəlik təklif tələbatı 1,5-2 milyon barrel üstələyir. Buna qarşılıq olaraq martın 20-də Moskvada neft hasil edən ölkələrin növbəti görüşündə daha ciddi addımların atılacağı barədə razılıq əldə ediləcəyini gözləmək olar. Nigeriyanın neft naziri Emmanuel Kaçikvu açıqladığı mövqe belə nikbin gözləntiyə ciddi əsas verir Lakin, bu hədəfə çatmaq elə də asan olmayacaq. Yanvar ayında sanksiyalardan tam azad olan İran ixracı artıracağını bəyan edib. Hazırda tehran ötən ilin dekabrı ilə müqayisədə sutka ərzində neft hasilatını 200 min barrel artırıb. Bununla belə bəzi ekspertlər hesab edir ki, bazara çıxan gündəlik neftin 73 faizini hasil edən dövlətlərin ortaq məxrəcə gələcəyi halda qara qızılın qiymətində stabilləşmə görmək mümkündür. Hər-halda hətta Birləşmiş Ştatların strateji müttəfiqi olan Səudiyyə Ərəbistanının belə Rusiyayla danışıqlar masası arxasına oturması göstərir ki, vəziyyət kifayət qədər ciddidir. Və bir çox dövlətlər yaranmış vəziyyətin dəyişdirilməsində doğurdan da maraqlıdır.

19:00 / 04.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 21484
Bu ay: 458372
Ümumi: 12636759
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın