/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

2016-cı il dövlət büdcəsinə dəyişikliklər təsdiqləndi

Şriftin ölçüsü:  11px13px15px17px

Milli Məclis «2016-cı il dövlət büdcəsı haqqında» qanun layihəsinə dəyişiklikləri təsdiqləyib. Yeni layihə büdcə gəlirlərinin artırılmasına, iqtisadiyyatın inkişafına təkan verəcək. Parlamentin plenar iclasında digər məsələlər də müzakirə olunub. 2016-cı il dövlət büdcəsınə edilən dəyişikliklər Azərbaycanda yaşanan maliyyə böhranını aradan qaldıracaq. Milli Məclisin plenar iclasına qatılan maliyyə naziri Samir Şərifov bu qənaətdədir. Müzakirələrdə bildirildi ki, dünya ıqtısadıyyatında baş verən hadısələrin Azərbaycana təsiri təbiidir. Lakin daha az zərər görmək və yeni inkişaf mərhələsinə qədəm qoymaq üçün yollar var. Qanuna edilən dəyişikliklər də məhz buna baza yaradacaq. Millət vəkilləri dövlət büdcəsinin gəlirlərinin artırılması ilə bağıl müxtəlif təkilflər də səsləndirdilər. Bildirildi kənd təsərrüfatı və digər sahələrə aid məhsulların istehsalında canlanma yaradılmalıdır. Hazırda buna mane olan problemlər aradan qaldırılmalıdır. 2016-cı il dövlət büdcəsinə dəyışıklıklər səsə qoyularaq təsdiq edildi. Plenar iclasda millət vəkilləri digər məsələlərlə də bağlı öz fikirlərini irəli sürdülər. Avıasıya sahəsındə rəqabətın təmın olunması üçün ölkənin regıonlarındakı hava limanlarının özəlləşdırılməsi təklif edildi. Millət vəkili Siyavuş Novruzov isə çıxışında veteranlar və şəhid ailələrinin məsələsini gündəmə gətirdi. Bildirdi ki, bəzı özəl və dövlət sektorlarında ıxtısarlar gedərkən ılk növbədə Əfqanıstan və Qarabağ müharibələrinin veteranları, şəhıd aılələrının üzvlərı ışdən azad olunurlar. Bu hallara son qoyulmalıdır. Çünkı qanunvericilik buna icazə vermir. Millət vəkili Musa Quliyev ısə dərmanların ƏDV-dən azad olunması təkilfi ilə çıxış etdi. İclasda valyuta tənzimi haqqında qanuna təklif olunan dəyişikliyə dövlət başçısının etiraz etməsinə də münasibət bildirildi. Prezidentin etirazının əsaslı olduğu bildirilərək, sözügedən qanuna dəyişiklik edilməməsi qərara alındı. Sonda isə Milli Məclis sədrinin bırıncı müavını Ziyafət Əsgərovun məhkəmə-hüquq şurasına üzv təyın edılməsi elan olundu.

Simnarə Həmidqızı

19:00 / 23.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 5391
Bu ay: 347867
Ümumi: 13837483
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın