/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Publik hüquqi şəxs nə deməkdir?

Şriftin ölçüsü:  11px13px15px17px

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman ortaya bir sual çıxarıb. Publik hüquqi şəxs nə deməkdir? Dövlət və cəmiyyət üçün mühüm əhəmiyyətə malik funksiyaları həyata keçirməklə adi hüquqi şəxsdən fərqlənən publik hüquqi şəxsin hansı imtiyazları var? Publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. Ona qarşı məhkəmə iddiaları da adi mülki qaydada deyil, inzibati icraatla mümkündür. O, ödənişli və ödənişsiz xidmətlər göstərməklə özünü maliyyələşdirə, zərurət yaranarsa, büdcədən maliyyələşə bilər. Bu statusu daşıyanlar i hüquqi şəxslər üçün mövcud olan bir sıra məhdudiyyətlərdən azaddırlar. Publik hüquqi şəxsin təsisçisi dövlətdir. Onun bütün maliyyə icraatı, mühasibat hesabı və uçotu da dövlət orqanları üçün nəzərdə tutulan qaydada aparılır. Əhatə dairəsi həddindən artıq geniş olan bu anlayış ölkə iqtisadiyyatına böyük imkanlar yaradacaq. Publik hüquqi şəxs anlayışı inkişaf etmiş Avropa ölkələrində də geniş yayılıb. Bəzilərində təhsil, tibb müəssisələri, böyük korporasiyalar, mərkəzi banklar publik hüquqi şəxslərdir. Bu statusun Azərbaycan üçün də yeni imkanlar qazandıracağı və böyük fayda verəcəyi gözlənilir.

Fidan Əliheydər

19:00 / 10.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 17010
Bu ay: 285051
Ümumi: 13774667
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın