/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Yerli tikinti materiallarına tələbat artır

Şriftin ölçüsü:  11px13px15px17px

Bir neçə aydır ki, tikinti materialları bazarında aktivlik müşahidə olunur. Dolların məzənnəsinin qalxması bu növ məhsulların ölkəyə idxalını xeyli azaldıb. İndi bazarda yerli istehsal üstünlük təşkil edir. Bunu müsbət hal kimi dəyərləndirən mütəxəssislər yerli materialların keyfiyyətcə xarici məhsullardan geri qalmadığını da deyirlər. Bir neçə gün əvvəl prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda bu məsələyə də toxundu. Bildirdi ki, Azərbaycan tikinti materialları ilə özü özünü təmin etmək bacarığına malikdir. Və bu sektoru inkişaf etdirməklə idxaldan asılılığı minimuma endirmək olar. Dövlət başçısı sementdən tutmuş polietilen borulara kimi ölkədə istehsal olunuduğu vurğuladı. Qeyd olundu ki, Azərbaycan özünü sementlə 92 faiz, kərpiclə 99 , beton bloklarla isə 100 faiz təmin edir. Deməli, digər tikinti materiallarının da istehsalını artırıb nəinki ölkəni təmin etmək, xarici bazara da çıxa bilərik. Ölkədəki sement zavodlarının fəaliyyəti artıq bu məhsulun ixrac potensialını gerçəkləşdirib. Azərbaycan bir neçə ölkəyə sement satır. Bu amil sement əsaslı, konkret olaraq beton materialların da ixracına zəmin yaradır. Bu gün regionda ən böyük körpü tirləri Azərbaycanda istehsal olunur. 45-47 metr uzunluğundakı tirlərdən müasir tipli körpülərin qurulmasında istifadə olunur. Tikinti materilları içərisində istehsalına görə, metal konsturksiyalar əsas yerlərdən birini tutur. Bu sahədə xammal Türkiyə, İspaniya, Rumıniya və Rusiyadan gətirilir. İstehsal olunan avadanlıqlar isə sənaye müəssisələrinin inşasında istifadə edilir. Mütəxəssislər bildirirlər ki, xarici bazarlara çıxış zəif olduğundan ölkədəki istehsal müəssisələri tam gücü ilə işləmir. Əgər tələbat olsa, tikinti sektorunun bütün növləri üzrə istehsal sahələri yaratmaq və yaxud olanları inkişaf etdirmək olar.

İlqar Qulusoy

19:00 / 01.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 4990
Bu ay: 347466
Ümumi: 13837082
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın