/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Uzun müddət fəaliyyətsiz qalan iki müəssisə işə salınıb

Şriftin ölçüsü:  11px13px15px17px

Dövlət başçısının sərəncam və xüsusi göstərişlərindən sonra bölgələrdəki istehsal sahələrində canlanma hiss olunur. Ölkənin sənaye şəhərlərindən olan Mingəçevirdə artıq neçə vaxtdır fəaliyyəti dayanmış iki müəssisə işə salınıb.
«Mingəçevir izolit» açıq səhmdar cəmiyyəti adı altında fəaliyyət göstərən istehsal müəssisəsi xeyli müddətdir fəaliyyət göstərmirdi. Əsas səbəb kimi xam mal qıtlığı və istehsal olunan məhsulların bazarının kasadlığı göstərilirdi. Dövlət başçısının istehsalçı sahibkarlara dəstəyindən sonra müəssisənin bir sexi işə salınıb.
«Azərkabel» açıq səhmdar cəmiyyəti də uzun illərdir fəaliyyətini tam dayandıran istehsal müəssisələrindəndir. Ölkə rəhbərinin bu sahənin inkişafı ilə bağlı göstərişləri artıq həmin müəssisənin də durğunluq dövrünə nöqtə qoyub.
Regionlarda bu cür fəaliyyətsiz sənaye müəssisələrinin işə salınması yeni daimi iş yerlərinin açılmasına, yerli istehsalın davamlı olmasına şərait yaradır. Mütəxəssislərin fikrincə, bu həm də bölgələrin büdcədən asılılığını azaldacaq, sosial inkişafı sürətləndirəcək.

Elnur Tofiq

13:00 / 28.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 14697
Bu ay: 265893
Ümumi: 13755509
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın