/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Yeni dövr , yeni yanaşmalar tələb edir

Şriftin ölçüsü:  11px13px15px17px

«İndiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir». Bu barədə prezident İlham Əliyev «Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həs olunan konfrasda bildirib. Bu gün Azərbaycan iqtisadiyatının böyük bir hissəsi- 80 faizindən çoxu özəl sektorda formalaşır. Bu da son illər ərzində görülən işlərin nəticəsidir. Lakin yeni dövr , yeni yanaşmalar tələb edir. İndiki şəraitdə sahibkarlığı genişləndirmək, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir. «Embavud» məhdud məsuliyyətli cəmiyyətin baş direktoru Elşad Abbasov deyir ki, hazırda şirkətin Azərbaycanda 135 mağazası fəliyyət göstərir. İstehsal olunan məhsulların «Embavud», «Modeyra» və «İdeal» dizayn markaları altında satışı həyata keçirilir. Bu gün hər bir vətəndaşın Azərbaycan brendini tanıması və ona inanması çox vacibdir. Prezident İlham Əliyevin konfrasda məmurlara tövsiyyə etdyi «Naz Lifan», heç də Avropa istehsalı avtomobillərdən geri qalmır. İstər sedan, istərsə də krasoverlər. «Naz Lifan» hazırda 10 adda məhsul istehsal edir. Zavod ildə 5 min avtomobil buraxır. Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev deyir ki, əgər tələbat artsa, bu rəqəm ildə 10 minə çatdırıla bilər. Kənd təsərüfatı məhsullarının artırılması və ixrac potensialının genişləndirilməsi məsələsi də proritetdir. Xəzər rayonunun Zirə qəsəbəsində müasir istixana kopleksi İqtisadiyat Nazirlyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit vəsaitii hesabına inşa edilib. Hazırda istixanada yetişdirilən tərəvəz ölkə bazarlarını təmin etməklə yanaşı, MDB – yə də ixrac olunur. Ötən gün dövlət başçısının yerli istehsalın artırılması ilə bağlı tapşırıqları şirkət qarşısında yeni vəzifələr qoyub. Qeyd edək ki, son 12 il ərzində ölkədə 100 minə yaxın müəssisə yaradılıb.

19:00 / 27.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 14521
Bu ay: 265717
Ümumi: 13755333
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın