/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Taxıl sahələri genişləndiriləcək

Şriftin ölçüsü:  11px13px15px17px

Statistikaya görə, ötən il ölkə üzrə 2.9 milyon ton taxıl istehsal edilib. Bu, 2014-cü ildəkindən 600 min ton çox olsa da, hələ də ehtiyacı tam ödəmir. Dünən keçirilən müşavirdə bu məsələyə toxunan ölkə rəhbəri idxaldan asıllığı aradan qaldırmaq üçün iri taxılçılıq təsərüfatlarının yaradılması ilə bağlı işlərin davamlı aparılmasını tapşırıb. Bunun üçün isə ilk növbədə istifadəsiz torpaqlar dövriyyəyə qatılmalıdır. Ölkə rəhbərinin fikrini dəstəkləyən mütəxəsislər deyirlər ki, respublikanın əksər rayonlarında, xüsusən də aranda iri taxılçılıq təsərüfatlarının yaradılması üçün münbit şərait mövcududr. Həmçinin dövlət ehtiyat fond torpaqlarının da bu ərazilərdə kifayət qədər geniş olması taxıl zəmilərinin artırılmasına imkan verir. Salyan, Neftçala, Hacıqabul, Saatlı, Sabirabad və Biləsuvarda əkinə yararlı, lakin əkindən kənar qalan 80 min hektara yaxın torpaq sahəsi var. Hazırda qış otlaq sahələri kimi istifadə olunan bu ərazilər meliorativ tədbirlər görülməklə tədricən əkin dövriyyəsinə qatıla bilər. Artıq salyanda bununla bağlı qərar verilib. Belə ki, bu mövsümdən etibarən istifadəsiz qalan torpaqlar hesabına taxıl əkin sahələri 2 min hektar artırılacaq. Taxıl istehsalını artırmaq və idxaldan asıllığı aradan qaldırmaq üçün məhsulun yetişdirilməsində mütərəqqi üsullardan istifadə olunmalıdır. Bununla yanaşı, mütəxəsisslər hesab edirlər ki, kiçik pay torpağı olan təsərrüfat sahibləri birliklər şəklində birləşməlidirlər. Torpaqların istifadəsiz qalması onların strukturunun pozulmasına da səbəb olur. Bu baxımdan belə torpaqların əkilməsi şoranlaşma təhlükəsini də aradan qaldırmış olacaq.

Elman Əliyev

19:00 / 27.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 12567
Bu ay: 388135
Ümumi: 11370596
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın