/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Pambıq əkininə maraq artırılacaq

Şriftin ölçüsü:  11px13px15px17px

«Pambıq yığan insanlara verilən pul artırılmalıdır». Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı belə deyib. Dövlət başçısı, «Azərbaycanda ərzaq təhlükəsizlyinin təmin edilməsinin proritet olduğunu da vurğulayıb. Konfransda prezident İlham Əliyev keçən ilin kənd təsərüfatı ili olduğunu deyib. «Əslində isə hər il kənd təsərüfatı ili kimi qəbul olunmalıdır. İlk növbədə torpaq uçotu dəqiq aparılmalıdır. Dövlət başçısı belə deyib. Qeyd edib ki, kənd təsərüfatının inkişafı üçün böyük meliorasiya layihələri həyata keçirilib, Taxtakörpü, Şəmkir su anbarları tikilib, Ceyranbatanda müasir təmizləmə qurğusu yaradılıb. Prezident onu da vurğulayıb ki, şimal rayonlarında və Şəmkirdə fermer təsərüfatlarını sayı artırılmalıdır. Artıq heyvandarlığın inkişafı ilə bağlı Kənd Təsərüfatı Nazirlyi təkliflər təqdim edib. Prezident bitkiçiliyin inkişafındandan və pambıqçılıq sahəsinə diqqətinin artırılmasının vacibliyindən də danışıb. Qeyd edək ki, ölkəmiz mal ətinə olan tələbatının 92 faizin təmin edir. Quş əti ilə bağlı bu rəqəm 98,6 faizdir. Bu məhsulun istehsalında son illər böyük artım var. Çünkü dövlət bu sahəyə böyük dəstək verir. Prezident İlham Əliyevini regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda aqrar sahənin inkişafı ilə bağlı səsləndirdiyi fikirlər panel iclaslarda da müzakirə olundu. Rayon icra hakimiyyətinin başçıları və sahibkarlar bir sıra təkliflərlə çıxış etdilər. Müzakirələrdə daxili bazarın, yerli istehsalın qorunması inhisarçılığın qarşısının alınması, idxal qarşısında duran suni maneələrin aradan qaldırılması və qiymətlərin tənzimlənməsi ilə bağlı məsələlər prioritet oldu.

19:00 / 26.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 7181
Bu ay: 258644
Ümumi: 14393005
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın