/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Ölkəmiz yeni iqtisadi dönəmə başlayıb

Şriftin ölçüsü:  11px13px15px17px

«Ölkəmiz yeni iqtisadi dönəmə başlayıb və bütün şirkətlərsosial məsuliyyəti nəzərə almalı, lazım gəlmədikcə ixtisarlar aparılmamalıdır. Əksinə yeni iş yerlərinin açılması üçün yerli istehsalın artırılmasını vacib edən layihələr təklif etmək lazımdır». Prezident İlham Əliyev bu gün keçirilən kofransda bu və ya digər çox ciddi məqamlara toxunub. «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı»-nın icrasının 2-ci ilinin yekunlarına həsr olunmuş konfrans prezident İlham Əliyevin də iştirakı ilə işinə başladı. Dövlət başçısı ilk dövlət proqramının 2004-cü ildə, 3-cü proqramın isə 2014-cü ildə qəbul edildiyini xatırladaraq tədbiri açdı. Prezident İlham Əliyev 2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşdiyini və dünya iqtisadiyyatının hələ ki, börandan çıxa bilmədiyini diqqətə çatdırdı. «Mən Davos forumunda iştirakım zamanı əmin oldum ki, dünyada böhran hələ qalacaq. Geosiyasi vəziyyət, yeni qarşıdurma ocaqları yaranır,miqrantlarla bağlı vəziyyət gərginləşib. Ancaq bir daha mənə sübut olundu ki, Azərbaycan dünya miqyasında böyük hörmət qazanıb». «Qiymətlərə nəzarət, çox dərin iqtisadi islahatların aparılması,ümumiyyətlə bu il bir dənə də sosial proqramın icrası təxirə salınmayacaq». Prezident İlham Əliyev 2016-cı ildə də sosial infrastruktur layihələrinin gerçəkləşdirilməsinin vacibliyini dedi. «Əgər iqtisadi müstəqilliyimiz təmin etməsəydik,dünyadan asılı vəziyyətə düşəcəkdik»-deyən ölkə başçısı, bu ilin 1990-cı illərdən çətin olmadığını, dünya iqtisadiyyatının bir hissəsi olduğumuz üçün ölkəmizdə müəyyən çatışmazlıqların ola biləcəyini söylədi. Prezident İlham Əliyev enerji sektorunda da çox önəmli addımlar atıldığını xatırlatdı. Xüsusilə «Cənub» qaz dəhlizinin əhəmiyyətinə toxundu. Bunun Avropa üçün təhlükəsizik layihəsi, Azərbaycan üçün isə əlavə maliyyə-iqtisadi imkanları yaradacağını bildirdi. Ötən il Azərbaycan həm də özünü dünyaya güclü tranzit ölkəsi kimi təqdim edib. Son 12 ildə 1 milyon 500 min iş yeri açıldığını xatırladan dövlət başçısı bu dinamikanın qorunub saxlanacağını söylədi. Prezident İlham Əliyev ilk sözü iqtisadiyyat naziri Şahin Mustafayevə verdi. Nazir, dünyada müşahidə olunan iqtisdi böhrana rəğmən qəbul edilən müdrik qərarlar sayəsində 2015-ci ildə Azərbaycanın böhrandan ən az itki ilə çıxan ölkə olduğunu bildirdi. Ötən il ölkədə 110 min yeni iş yeri açıldığını, eləcə də dövlt tərəfindən ayrılan güzəştli kreditlərin 65 faizinin regionların payına düşdüyünü bildirdi. Daha sonra paytaxtda və regionlarda fəaliyyət göstərən böyük şirkət rəhbərlərinin hesabat xarakterli çıxışı oldu. Dövlət başçısı xüsusilə özəl sektorun inkişafı istiqamətində atılacaq addımlardan danışdı. Bildirdi ki, yeni dövr yeni yanaşma tələb edir. Odur ki, indiki şəraitdə sahbikalara daha münbit və səmərəli şərait yaradılmalıdır. Və sahibkarlar özləri də problemləri dilə gətirməlidir ki, problem həllini tapsın. Sosial müdafiənin ölkə siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edən prezident ilham əliyev qeyd etdi ki, son 12 ildə ölkədə 70 mindən çox müəssisə yaradılıb, ümumi müəssisələrin sayı isə 100 minə yaxındır. Ölkə başçısı dövlət müəssisələrində də yeni vakansiyaların vacibliyi üçün tapşırıqlarını verdiyini dedi. Aərbaycanın reionlarında görülməsi vacib işlərdən danışdı. İnhisarçılıqla mübarizənin davam etdiriləcəyini bildirən prezident İlham Əliyev yerli istehsalın artırılmasının da vacibliyini diqqətə çatdırdı. «İdxal qarşısında duran bütün maneələr aradan götürülməli, daxili islehsal qorunmalıdır» deyən prezident İlham Əliyev kənd təsərrüfatı ilə bağlı prioritet sahələri açıqladı. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan özünü 92 faiz mal əti ilə təmin edir, 5 faiz idxaldan asılıyıq. Quş ətinin istehsalında da artım böyükdür. Ancaq maya dəyərindən asılılıq 65 faizdr. Qoyun ətində 2 faiz, süd istehsalında 10 faiz, yumurtada 65 faiz, kartofda 35 faiz idxaldan asılıyıq. «Burada asililiq dedikd?, qargidali, soya, gun?baxandan sohb?t gedir. Sahibkarlar da bunu n?z?r? almalidirlar. Ozumuzu 96 faiz yumurta il? t?min ets?k d?, 65 faiz maya d?y?rind? xaricd?n asililiq var. Sud istehsalinda da yem v? d?rman amilind?n xaricd?n asililiq var. Biz sudl? ozumuzu t?min etm?li v? ixrac da etm?liyik». Bəzi qeyri-qida sahələrində ümumiyyətlə idxaldan asılı olmamalıyıq deyən prezident İlham Əliyev, bir sıra faktları söylədi. Ölkədə genişmiqyaslı özəlləşdirmə proqramı həyata keçiriləcək. Prezdient İlham Əliyev hər bir özəlləşdirilən müəssisənin gələcək fəaliyyəti ilə bağlı biznes plan təqdim etməsinin, öhdəliklər götürməsinin xüsusi nəzarətə götürüləcəyini bildirdi. «Yoxsa el? cixmasin ki, kims? mu?ssis?ni alacaq, yen? isl?m?y?c?k. Biz? aparici xarici m?sl?h?tci sirk?tl?r lazimdir, cunki aparilan oz?ll?sdirm? s?ffaf olmali, dovl?tin maraqlari t?min edilm?lidir”. Bank sektorundakı vəziyyətə toxunun prezident İlham Əliyev, tələblərə cavab verməyən, böyük qüsurları olan bankların fəaliyyətinin dayandırılacağını söylədi.

19:00 / 26.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 14469
Bu ay: 265665
Ümumi: 13755281
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın