/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Sənaye məhəllələrinin yaradılması prosesi sürətləndirilir

Şriftin ölçüsü:  11px13px15px17px

Regionlarda sənaye məhəllələrinin yaradılması yerli icra orqanları qarşısında əsas vəzifə kimi qoyulub. «Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı»nın icrasının 2-ci ilinin yekunlarına həsr olunmuş konfransdan sonra keçirilən panel iclaslarda dövlət başçısının əsas vəzifə kimi qoyduğu məsələ ilə bağlı müəyyən təkliflər səslənib. Sənayeləşmə prosesi investisiyaları və iqtisadi inkişafı stimullaşdıraraq cəmiyyətin dünyaya baxışını dəyişdirir. Bu baxımdan qeyri-neft sektorunun inkişafında bu sahənin xüsusi əhəmiyyəti var. Konfransdan sonra keçirilən panel iclaslarda əsas diqqət yetirilən məsələlərdən biri də bu, oldu. Ölkə başçısının tapşırığına uyğun olaraq regionlarda yeni sənaye məhəllələrinin yaradılması əsas vəzifə kimi qoyulub. İqtisadi məsələlərlə bağlı aparılan müzakirələrdə qeyd olundu ki, ilkin mərhələdə Neftçala rayonunda belə bir məhəllənin yaradılması nəzərdə tutulur. Lakin digər rayonlar da bu məsələdə maraqlıdırlar. Aydındır ki, sənaye məhəllələrinin yaradılması həmin ərazilərin inkişafı ilə yanaşı, yeni iş yerlərinin yaradılması deməkdir. Və hazırda dünyada müşahid əolunan qlobal iqtisadi proseslərin təsirini nəzər alsaq, bu məsələ kifayət qədər aktualdır. Yeni iş yerlərinin yaradılması həm də sahibkarlar qarşısında əsas tələb kimi qoyulub. Məlumat üçün deyək ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 26,2 milyard manatlıq, yəni əvvəlki illə müqayisədə 2,4 faiz çox sənaye məhsulu istehsal edilib. Son illər ölkədə sənaye məhsulları istehsalının həcmi 3 dəfəyə yaxın artıb. Rəqabətqabiliyyətli müasir sənaye sahələrinin, eləcə də sənaye məhəllələrinin yaradılması isə bu sahənin, ümumilikdə isə qeyri-neft sektorunun inkişafına töhfə verəcək.

19:00 / 26.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 5192
Bu ay: 347668
Ümumi: 13837284
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın