/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Azərbaycan loqistik mərkəzə çevrilir

Şriftin ölçüsü:  11px13px15px17px

«Ukrayna - Gürcüstan - Azərbaycan- Qazaxıstan - Çin» marşrutu ilə hərəkət edən sınaq yük qatarı özünü doğrultsa, reyslərin sayı həftədə 4 dəfəyə çatdırılacaq». Bu barədə «Lider» televiziyasına müsahibəsində TRASEKA nəqliyyat dəhlizi layihəsinin hakumətlərarası komisiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev deyib. Bildirib ki, bərə ilə Azərbaycandan Qazaxıstana yola salınan qatar hazırda Çin istiqamətində hərəkətini davam etdirir. Moskva ilə Kiyev arasında yaranan gərginlikdən sonra Rusiya, Ukrayna qatarlarının ölkə ərazisindən Asiyaya keçməsinə qadağa qoyub. Bu səbəbdən yeni Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi fəaliyyət başlayıb. Bu xətt həm də 2 dəfədən də çox vaxta qənaət deməkdir. Yük qatarı artıq 3 ölkənin ərazisindən keçib və indiyədək sərhəd - keçid məntəqələində heç bir problemlə üzləyişməyib. Yeni xətt özünü doğrultsa, reyslərin sayı artırılacaq. Bu arada rəsmi Pekin yeni Transxəzər Avropa-Qafqaz-Asiya dəhlizini dəstəklədiklərini bəyan edib. Çin rəsmiləri hesab edirlər ki, bu, tarixi ipək yolunun bərpası istiqamətində atılan ən böyük addımlardan biridır. Ekspertlər də deyir ki, bu marşurut ölkələr arasındakı münasibətlərin inkişafına öz töhvəsini verəcək. Hazırda Azərbaycanın dünyanın ən böyük loqistik mərkəzlərindən birinə çevrilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. İran körfəzi-Qara dəniz tranzit dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Astara-Azərbaycan dəmir yolunun birləşdirilməsi də mühüm addımdır. Bu layihənin tezliklə başa çatdırılması Şimal-Cənub tranzit dəhlizinin inkişafına təkan verəcək.

19:00 / 25.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 23797
Bu ay: 433213
Ümumi: 13922829
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın