/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Geniş özəlləşdirmə proqramı hazırlanacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkədə geniş özəlləşdirmə proqramı hazırlanacaq. Bu işə həm xarici, həm də yerli investorların cəlb edilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev sosial və iqtisadi məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə bu məqama da diqqət çəkib. Sovet İttifaqı dağıldıqdan sonra bir çox müəssisələr kapital çatışmazlığı ucbatından aktiv iqtisadi həyatdan kənarda qaldı. Onların bir qismi özəlləşsə də, fəaliyyətlərini davam etdirə bilmədi. Bu gün belə müəssisələrin yenidən dirçəldilməsi olduqca vacibdir. Bunun üçün müxtəlif ölkələrin təcrübəsindən yararlanmaq olar.
İstər yerli, istərsə də xarici investorların biznes mühitinə cəlb edilməsi üçün bir sira güzəştlər tətbiq edilə bilər. Zaur Əhmədov deyir ki, qanunvericilik bazasının təkmilləşdirilməsi, vergilərin müəyyən qədər sadələşdirilməsi və aşağı salınması bu sahəni stimullaşdıra bilər. Bununla yanaşı, ölkədə özəlləşdirmə siyasəti aparılarkən diqqət yetiriləsi bir çox məqamlar var.
Dövlət başçısı keçirdiyi son müşavirədə bu məsələyə xüsusi toxunub. Prezident bildirib ki, biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı təmin etmək üçün mütləq özəlləşdirmə proqramı həyata keçirilməlidir. Proqramda tam şəffaflıq təmin edilməli, beynəlxalq ekspertlər də bu işə cəlb olunmalıdır. Bu proqramın reallaşdırılması böyük həcmdə yerli və xarici investisiyaların ölkə iqtisadiyyatına axınını təmin edəcək. Bütün bunlar isə yeni iş yerlərinin yaranması və sosial rifahın yaxşılaşması deməkdir.

13:00 / 25.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 17135
Bu ay: 307120
Ümumi: 14441481
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın