/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Valyutadəyişmə mübadiləsi ilə bağlı yeni qərar…

Şriftin ölçüsü:  11px13px15px17px

Mərkəzi Bank nağd xarici valyuta əməliyyatı qaydalarına dəyişiklik edib. Yeni qaydalara əsasən bir müştəri ilə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılacaq. Mərkəzi Bank bu addımı hansı zərurətdən atıb ? Mütəxəsislər buna nə deyirlər ? Mərkəzi Bankın idarə heyəti 28 iyun 2006-cı il tarixli qərarı ilə təsdiq etdiyi «Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyatlarının aparılması qaydaları»-nı ləğv edərək yenisini qəbul edib. Əsas dəyişiklik odur ki, əgər indiyədək mübadilə şöbəsində bir müştəriyə 5 min Birləşmiş Ştatları dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyət vəsiqəsi ilə aparılıbsa, yeni qayda ilə bundan sonra 500 manatdan artıq mübadilə şəxsiyyət vəsiqəsi ilə mümkün olacaq. Bunula yanaşı, mübadilə şöbəsində əməliyyatlar apararkən, «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanuda nəzərdə tutulmuş tələblərə də riayət edilməlidir. Ekspertlərin fikrincə, bu addımla Mərkəzi Bank dollara olan tələbi inzibati yolla tənzimləməyə və öz valyuta ehtiyatlarına qənaət etməyə çalışır. Amma limit kimi bu qədər kiçik məbləğin seçilməsi valyuta satışında çətinliklər yaradacaq. Ekspertlərin bu vəziyyətdən çıxış yolu üçün təklifləri də var. Digər yeniliyə əsəsən Mərkəzi Bank kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verib. Qərar verildiyi andan artıq mübadilə məntəqələrində bu, hiss olunurdu. Yeri gəlmişkən, bu gün paytaxtda dolların məzənnəsi yenidən yüksəlib. Hazırda məntəqələrdə 1 ABŞ dolları 1,63 qəpiyə alınır, 1 manat 71 qəpiyə satılır.

19:00 / 07.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 2375
Bu ay: 514891
Ümumi: 13339189
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın