/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

20 ildən sonra çəltik əkilir…

Şriftin ölçüsü:  11px13px15px17px

Son vaxtlar süni qidaların artması insanları narahat edir. Hardasa təbii məhsul tapmaq müşkülə çevrilib. Mövcud vəziyyət torpaqdan, kənd təsərrüfatı sahələrindən daha səmərəli istifadəni zəruri edir. Bu baxımdan şəkidə unudulan bir təsərrüfatın bərpasına çalışılır. Bir zamanlar Şəkinin müxtəlif kəndlərində yüz hektara yaxın çəltik sahələri olsa da, sonradan onlar tamamilə yox olub. Bu il yenidən baş göynük kəndi ərazisində çəltik becərilib. Yalnız, cəmi iki hektarda. Əldə olunan məhsul isə təqribən 40 sentnerdir. Üstünlük zəyzid sortuna - ağ gilə adlanan yumru düyüyə verilir. Şəkidə çəltikçiliyin tənəzzülə uğramasının səbəbləri müxtəlifdir. Mütəxəssislərin fikrincə, problemin bir səbəbi də növbəli əkin sisteminin tətbiq edliməməsidir. Bunun həlli isə torpaqları kooperasiya şəklində birləşdirməkdədir. Bu amil əsasən əl əməyi hesabına görülən işlərin də asanlaşmasına kömək edər. Məlum olduğu kimi çəltiyin becərilməsində su önəmli rol oynayır. Son illər müşahidə olunan quraqlıq da bu sahəyə təsirsiz ötüşməyib. Bu gün mətbəximizdə geniş istifadə olunan düyünün demək olar ki, hamısı xarici istehsaldır. Son vaxtlar süni düyü ilə bağlı yayılan xəbərlər istehlakçının diqqətini yerli məhsula yönəltdi. Amma, necə deyərlər, olan yerdən. Əbəs yerə Şəki halvaçıları da yerli düyüdən istifadə etmirlər. Süni düyü üyüdüləndə yararsız hala düşür. Son olaraq, əgər biz xörəklərimizdə təbii dad axtarırıqsa, unutduğumuz kənd təsərrüfatı sahələrini bərpa etməliyik. Əli Səmədov

19:00 / 11.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 15217
Bu ay: 352727
Ümumi: 13177025
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın