/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Aran rayonlarında çamışçılıq təsərrüfatları azalıb

Şriftin ölçüsü:  11px13px15px17px

Çamışçılıq üçün əlverişli olan aran rayonlarında son illər bu təsərrüfatların sayı azalıb. Vaxtilə ən böyük çamışçılıq rayonu olan Kürdəmirdə sözügedən heyvanların sayı xeyli azalıb. Əsas səbəb isə otlaq problemidir. Sovetlər dövründə rayonun bütün kəndlərindəki fərdi təsərrüfatlarda camış saxlanılıb. Bundan başqa 4 iri kənddə - Carlı, Topalhəsənli, Sovla və Şilyanda camış fermaları olub. Hazırda isə bir neçə kənddə camışa rast gəlmək olar. Əvvəllər rayonda bütün əkin sahələri məhsul tədarükündən sonra otlaq üçün açıq idisə, indi bu, belə deyil. Şoranlaşma və yerlərin zəbti də örüşləri azaldıb. Digər mal-qaradan iki -üç dəfə artıq qidalanan camış üçün xüsusi yem bitkiləri isə bahadır. Camış heyvanı istini sevdiyi qədər, susuzluğa dözümsüzdür. Mütləq otlaq yerlərində, təsərrüfatlarda gölməçələr olmalıdır. Üstünləklərinə gəldikdə isə… Qeyd edək ki, kürdəmirdə yalnız yerli sort camış saxlanılır. Hazırda rayonda 60 min baş iribuynuzlu heyvandan 7 minini çamış təşkil edir.

Günel İsayeva

19:00 / 04.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 7249
Bu ay: 68393
Ümumi: 17288846
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın