/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Sahibkarlara mane olan əngəllər aradan qaldırılır

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə iqtisadiyyatı üçün önəmli olan mühüm məsələrə toxunub. Ölkə başçısı qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyi, investisiya iqliminin yaxşılaşdırılması, biznes mühitinin daha da sağlamlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə diqqət çəkib. Ölkə başçısı bəzi icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının sahibkarlara problemlər yaratdığını, onlara qarşı qanunsuz tələblər irəli sürüldüyünü, bu səbəbdən də iş yerlərinin bağlandığını və bu sahədə gözlənilən inkişafın qarşısını aldıqlarını bəyan edib. Prezident lüzumsuz yoxlamalar, sui-istifadə halları, lisenziyaların sayının həddindən artıq çox olduğunu qeyd edib. Ölkə başçısının xəbərdarlığından sonra atılan addımlar da sübüt etdi ki, prezident ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların hüquq və mənafeələrinin pozulması halları ilə barışmaq niyyətində deyil. Korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində ciddi sistem, institusional və cəza xarakterli tədbirlər həyata keçirilir və bu proses qarşıdan gələn dövrdə daha da gücləndiriləcək. Belə pozuntulara yol verən şəxlərə qarşı ciddi tədbirlər görüləcək. Araşdırmalar zamanı məlum olub ki, biznes subyektləri ən çox Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olması və onlara qarşı qanunsuz tələblər irəli sürməsindən narazıdırlar. Nazirlyin bir sıra əməkdaşları əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozub, səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrdən istifadə etməklə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını dinləyərək öz məqsədləri üçün istifadə ediblər. Vəzifələrindən sui-istifadə edən nazirlik işçiləri müxtəlif qurumların hüquqlarını məhdudlaşdıraraq dövlətin maraqlarını tapdalayıblar. Mülli təhlükəsizlik nazirinin vəzifəsindən azad olunması, nazirliyin bir sıra vəzifəli şəxslərinə qarşı cinayət işinin başlaması, sahibkarlığın inkişafına maneə törədən amillərin aradan qaldırılması üçün qanunvericilik təşəbbüsü ölkə başçısının qərarında qəti olduğunu və heç kimə güzəştə getməyəcəyini əyani şəkildə sübut etdi. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətində dayandırılmasını nəzərdə tutan qanun layihəsi isə bu sahədə olan pozuntulara son qoyacaq. Yerisz yoxlamaların dayandırılması iş adamlarının dövlətə inamını artıracaq. Sahibkarların gəlirlərinin artmasına, yeni iş yerlərinin yaranmasına, investisiyaların qoyulmasına və vergi ödənişlərinin çoxalmasına səbəb olacaq. Lisenziyaların sayının azaldılması, verilmə qaydalarının sadələşdirilməsi və sahibkarlıqla bağlı bütün lisenziyaların “Asan xidmət” mərkəzlərində verilməsi bu sahədə şəffaflığın təmin edilməsinə şərait yaradacaq. Atınlan addımlar korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq və neqativ halları aradan qaldırmağa hesablanıb. Ölkə başçısının bu qətiyyətini vətəndaşlar da alqışlayır. Ölkədə orta və kiçik sahibkarlığı inkişaf etdirmək, və biznesin inkişafına təkan vermək üçün bundan sonra da mühüm addımlar atılacaq, qanunu pozanlar haqqında ciddi tədbirlər görüləcək. Fidan Əliheydər

19:00 / 21.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 12678
Bu ay: 367311
Ümumi: 11894079
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın