/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Ölkə iqtisadiyyatı üçün inqilabi qərarlar

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyevin parlamentə göndərdiyi “Sahibkarlıq sahəsində aparılan yoxlamalrın dayandırılması haqqında” qanun layihəsi qəbul olunub. Ölkə başçısı, həmçinin, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların iqtisadiyyat və sənaye nazirliyi tərəfindən və “ASAN xidmət” mərkəzlərində verilməsini nəzərdə tutan fərman imzalayıb. Ekspertlər bildiriblər ki, həm yeni qanun, həm də fərman ölkədə sahibkarlığın inkişafına güclü təkan verəcək.
Noyabrın birindən sahibkarlıq subyektlərində aparılan yoxlamalar 2 il müddətinə dayandırılacaq. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlət təhlükəsizliyinə və iqtisadi maraqlara təhlükə yaradan hallar üzrə yoxlamalar aparıla bilər. Eyni zamanda, sahibkarlıqla bağlı bütün lisenziyaların sayı minumuma endiriləcək, onların verilmə qaydaları sadələşəcək.
Ölkə başçısının fərmanını və yeni qanun layihəsini ekspertlər “İqtisadi inqilab” adlandırırlar. Yenilik bu sahədə monopoliya, lazımsız yoxlamalar, lisenziyaların verilməsindəki bürokratik əngəllərə son qoyacaq, şəffaflıq təmin olunacaq.
Yoxlamaların dayandırılması və lisenziyaların “ASAN xidmət”-də verilməsini iş adamları razılıqla qarşılayıblar. Onların da fikrincə, bu, fəaliyyətlərinə müsbət təsir göstərəcək.
Qeyd edək ki, yeni qanun korrupsiya ilə bağlı Baş Prokurorluğun apardığı yoxlamalara aid edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına inzibati və məhkəmə qaydasında şikayət edə bilərlər.

Fidan Əliheydər

19:00 / 20.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 13272
Bu ay: 367905
Ümumi: 11894673
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın