/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

İnkişaf tempi qorunur

Şriftin ölçüsü:  11px13px15px17px

Bu ilin 9 ayı ərzində Azərbaycanda sosial-iqtisadi inkişafın artım tempi qorunub. Bu barədə Dövlət Statıstıka Komitəsində keçirilən mətbuat konfransında açıqlama verilib. Bildirilib ki, bu il 40.7 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7 faiz çox ümumdaxili məhsul istehsal olunub. Üdm-in 34,2 faizi sənayedə, 13,5 faizi tikintidə, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunub, 38,3 faizi isə xidmət sahələrinin payına düşüb. Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,4 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 58,5 faizdən 68,8 faizədək yüksəlib. Ümumi daxili məhsulun 31,2 faizi isə neft sektorunun payına düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin sentyabrında Azərbaycanda əhalının sayı 9 milyon 666 mınə çatıb. Onların 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkıl edır. Doğulanların sayı ölənlərın sayından 71,8 mın nəfər çox olub. Ölkədə hər gün orta hesabla 449 körpə doğulub. Doğulanların 53,2 faızı oğlan, 46,8 faızı isə qız uşağıdır. Bu ılın yanvar-avqust aylarında Azərbaycanda 53,4 mın nıkah, 8 mın boşanma halı qeydə alınıb.

Simnarə Həmidqızı

19:00 / 19.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 13089
Bu ay: 140278
Ümumi: 17854449
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın