/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Azərbaycan nüfuzlu beynəlxalq reytinq agentliklərinin diqqət mərkəzindədir

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan iqtisadiyyatının inkişafı nüfuzlu beynəlxalq reytinq agentliklərinin diqqət mərkəzindədir. Qlobal iqtisadi təlatümlərə, xüsusilə neftin qiymətindəki kəskin ucuzlaşmaya baxmayaraq iqtisadiyyatın dayanıqlığına, maliyyə sabitliyinə və investisiya mühütünə görə ölkəmiz beynəlxalq hesabatlarda ön sıralardadır. Davos İqtisadi Forumu Azərbaycanı dünyanın ən rəqabətqabiliyyətli 40 iqtisadiyyatı sırasına daxil edib. Hesabatdan aydın olur ki, ölkəmiz MDB məkanında bu göstəriciyə görə ilk yerdə qərarlaşıb. Azərbaycanla bağlı daha bir pozitiv dəyərləndirmə beynəlxalq nüfuza malik «Fitch» reytinq agentiyinin proqnozunda yer alıb. Agentlik görülən işlərin nəticəsinə görə Azərbaycanın 3b investisiya reytinqini yenidən təsdiqləyib. Ekspertlər Azərbaycanın rəqabət qabiliyyətinin artmasını və investisiya reytinqinin yüksəlməsini biznes mühitinin sağlamlaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi kimi dəyərləndirirlər. Kiçik və orta sahibkarlıq subyektlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin hər il artırılması , iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, korrupsiyayla mübarizə tədbirlərinin gücləndirilməsi də müsbət imicin formalaşmasına birbaşa təsir edən amillər sırasındadır. Əslində ilk baxışdan adi görünən bu hesabatlar muasir dövrdə hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Çünki, adıçəkilən qiymətləndirmələrdə müsbət imicə malik olmaq xarici iqtisadi münasibətləri dərinləşdirir , müştərək biznes mühitini stimullaşdırır. İqtisadçı ekspert Ruslan Atakişiyev hesab edir ki, ölkəmizlə bağlı müsbət hesabatlar dünya bazarında neftin ucuzlaşması fonunda qeyri-neft sektorunun inkişafına ciddi töhfə verə bilər. Bundan başqa, «FİTCH»-in məlum qərarının Azərbaycan şirkətlərinin xaricdə yerləşdirdiyi qiymətli kağızların və səhmlərin faizlərinə təsir etməsi də danılmazdır . Bu həmçinin imkan verir ki, Azərbaycan bankları Avropa və ABŞ maliyyə qurumlarından daha aşağı faizlə kredit cəlb edə bilsinlər.

19:00 / 15.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 13076
Bu ay: 210287
Ümumi: 17924458
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın