/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

İlham Əliyev: “ “Cənub” qaz dəhlizi Azərbaycanın növbəti qələbəsi olacaq”

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan regionda böyük layihələrin reallaşdırılması baxımından ən uğurlu dövlətdir. “Cənub» qaz dəhlizinin icrasının başlaması bunu bir daha sübut edir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən neft layihələri qlobal miqyaslı hadisələr idi. “Əsrin müqaviləsi”nin imzalanması və Bakı-Tbilisi -Ceyhan boru xəttinin istifadəyə verilməsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Həyata keçiriləcək qaz layihələri ilə ölkəmiz daha böyük uğurlara imza atacaq. “Cənub» qaz dəhlizinin icrası bu baxımda ən önəmli hadisə olacaq. Hazırda layihə uğurla icra olunur və Azərbaycan öz üzərinə düşən işi vaxtında çatdıracaq. “Cənub» qaz dəhlizi yeddi ölkəni və 11 şirkəti özündə birləşdirən nəhəng layihədir. Gələcəkdə buradan nəql ediləcək qazın miqdarı artırıla bilər. Bu da digər ölkələrin dəhlizə qoşulması üçün əlavə stimullar yaradır. Hazırda Ukraynada və Yaxın Şərqdə mövcud olan böhranlı vəziyyət isə “Cənub” qaz dəhlizinin əhəmiyyətini daha da artırır. Artıq, 20-dən çox Avropa ölkəsiylə dəyəri 10 milyard avrodan artıq olan müqavilələr imzalanıb. 2020-ci ildə Azərbaycan qazının Avropaya ilk tədarükü ilə köhnə qitənin enerji təhlükəsizliyində yeni era başlayacaq. Sözsüz ki, bunun üçün Azərbaycanla yanaşı layihənin digər iştirakçıları da üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Dövlət başçısı qeyd edib ki, indiyə kimi Azərbaycanın təşəbbüsü ilə başladılan bütün layihələr uğurla icra olunub. Və bu layihələr ölkəmizi indiki inkişaf səviyyəsinə gətirib çıxarıb. “Cənub» qaz dəhlizi isə bizim ən böyük qələbəmiz olacaq.

19:00 / 13.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 864
Bu ay: 273375
Ümumi: 10802966
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın