/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Qazın nəqli bərpa olunmayıb

Şriftin ölçüsü:  11px13px15px17px

PKK terror təşkilatının partlatdığı Bakı-Tbilisi - Ərzurum qaz kəmərinin bərpası istiqmətində işlər davam etdirilir. Məlumatı ölkənin Energetika və Təbii Sərvətlər Nazirliyi yayıb. Partlayış kəmərin Qars şəhərinin Sarıqamış qəsəbəsindən keçən hissəsində baş verib. Partlayış o qədər güclü olub ki, Ərzurumdan da görünüb. Boru xəttində qazın nəqli dayandırılıb. Qars valisi Günay Özdəmir açıqlamasında bildirib ki, hücum PKK terrorçuları tərəfindən həyata keçirilib. Vali onu da çatdırıb ki, bölgədə terrorçuların axtarışı davam etdirilir. Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə kəmərin bərpası istiqamətində işlər davam etdirliir. Hələlik qazın nəqli bərpa edilməyib. Qeyd edək ki, bu son iki həftə ərzində qaz kəmərində baş verən ikinci partlayışdır. Ölkənin paytaxtı Ankarada isə gərgin siyasi atmosfer hökm sürür. Prezident Ərdoğan bundan əvvəl səlahiyyətlərindən istifadə edərək növbədənkənar parlament seçkilərinin keçirəcəyini bəyan etmişdi. Dünən axşam parlament sədriylə görüşündən sonra isə bu qərar rəsmi olaraq qüvvəyə minib. Bu gün isə ölkə başçısı baş nazir Əhməd Davudoğlu ilə görüşərək seçim hökumətinin qurulmasını ona həvalə edib.

19:00 / 25.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 5179
Bu ay: 88987
Ümumi: 17803158
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın