/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Əkinçilik stimullaşdırılır

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkə başçısı, fermerlərə, yanacaq və sürtkü yağlarına görə verilən yardımın həcmini 25 faiz artırıb. Yeni sərəncamla, həmçinin mineral gübrələr üçün ayrılan subsidiyalara da dəyişiklik edilib. “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq bundan sonra zəhmətkeşlərə hər hektar əkin sahəsinə yanacaq və sürtkü yağları üçün 50 manat veriləcək. Uzun illərdir taxılçılıqla məşğul olan salyanlı fermer Firdovsi Hüseynov deyir ki, yardımın artırılması əkinçilərin qayğısını azaltmaqla bərabər, həm də stimul olacaq.
Yeni sərəncamın digər üstünlüyü ondadır ki, torpaq sahibləri təkrar əkin apardıqları yerlər üçün də güzəştli şərtlərlə mineral gübrə ala biləcəklər. Bundan ruhlanan fermerlər artıq təkrar əkin dövriyyəsini genişləndirməyə qərar veriblər.
Mütəxəsisslər bildirirlər ki, təkrar əkinə görə, gübrələrin güzəştli verilməsi heyvandarlığın yem bazasına və aran rayonlarında faraş tərəvəçiliyin inkişafına da müsbət təsir göstərəcək.
Qeyd edək ki, bu ildən həm də fermerlərə gübrə, 70 faiz güzəştlə verilir. İndiyə qədər isə gübrəyə tətbiq olunan subsidiya 50 faiz təşkil edirdi. Yanacaq və sürtkü yağlarına görə subsidiyann artırılması həm də məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Təsərrüfat sahibləri düşünür ki, bu isə məhsul bolluğu ilə yanaşı, kəndlinin rifah halının yüksəlməsi deməkdir.

Elman Əliyev

19:00 / 16.04.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 24762
Bu ay: 493468
Ümumi: 13317766
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın