/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Fermerlər zərərdən çıxmağa çalışırlar

Şriftin ölçüsü:  11px13px15px17px

Bu ilin fevralında Salyana yağan güclü qar əksər istixanaları sıradan çıxarsa da, təsərrüfatını qoruyan fermerlər məhsul yığımına başlayıblar. Amma əvvəlki illərlə müqayisədə pomidorun yetişməsi bir aya yaxın gecikib. Səbəb isə inkişaf dövründə kəskin soyuqların düşməsi olub.
Xatırladaq ki, fevralda düşən qar rayonda 30 hektara yaxın ərazidə istixananı məhv edib. Nəticədə 20-ə yaxın fermerə 3 milyon mantdan çox zərər dəysə də, bu, zəhmətkeşləri ruhdan salmayıb. Fermerlər, qalan 15 hektar sahədəki isitixanalarda keyfiyyətli məhsul yetişdirə biliblər.
Fevral ayında intensiv qarın yağması məhsuldarlıqla yanaşı çəkilən xərclərədə mənfi təsirin göstərib. Fermerlərin bildirdiyinə görə ötən ilinən müqayisədə bu il çəkilən xərclər 25% qədər yüksəlib. Bütün bunlara baxmayaraq məhsulun satışında çətinlik yaşanmır. Hazırda pomidor sahələrdən birbaşa rusiya bazarlarına göndərilir. Qiymətlərin bu mövsüm ötən ilkindən 1 manat baha olması isə əkinçilərin ürəyincədir.
Ümumiyyətlə, hər il Salyanda açıq sahədə pomidor əkinləri də daxil olmaqla 500 hektara yaxın ərazidə pomidor becərilir. İl ərzində 25 min tondan çox məhsul tədarük olunur.
Elman Əliyev

13:00 / 08.04.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 4880
Bu ay: 88688
Ümumi: 17802859
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın