/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

İtaliyanın gözləntiləri

Şriftin ölçüsü:  11px13px15px17px

Cənub Qaz Dəhlizi həm Azərbaycan, həm də İtaliya üçün strateji xarakter daşıyır. İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo Lider televiziyasına müsahibəsində belə deyib. Bildirib ki, layihə Avropanı Azərbaycan qazı ilə təmin etməklə yanaşı, İtaliyanı da regional mərkəzə çevirəcək. Rəsmi Roma Cənub qaz dəhlizi layihəsinə böyük önəm verir. İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo belə dedi. Bildirdi ki, layihə ölkəsi üçün strateji xarakter daşıyır.
Trans Adriatik Qaz kəmərindən danışan səfir dedi ki, kəmərin inşası başa çatandan sonra ildə 10 milyard kubmetr qaz Avropaya ötürüləcək və tədricən nəql edilən qazın həcmi artırılacaq. Cənab Kutillo bildirdi ki, Azərbaycanın stabil və dost ölkə olması İtaliyanın enerji təchizatının təhlükəsizliyi üçün önəmlidir. Bu baxımdan o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəxlaq ictimaiyyətin marağının artırılmasına ehtiyac duyulduğunu vurğuladı.
Səfir Ciampaolo Kutillo bildirdi ki, Xəzər dənizindən Aralıq dənizinə qədər əraziləri əhatə edəcək Cənub Qaz Dəhlizi kəmərin keçdiyi ölkələrin inkişafı və tərəqqisinə böyük töhvə olacaq. Layihə həmçinin regionda sülh və sabitliyin davamlı olmasına öz təsirini göstərə bilər.
Vüsal Əzizov

19:00 / 01.04.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 5199
Bu ay: 89007
Ümumi: 17803178
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın