/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Yeni sənaye müəssisələri yaradılır

Şriftin ölçüsü:  11px13px15px17px

Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyələşdirilməsini davam etdirir. Fondun dəstəyi ilə reallaşan sənaye müəssisələrinin istehsal etdikləri avadanlıqlar daxili bazarı təmin etməklə yanaşı , xaricə də ixrac olunur. Bu da ölkə və sahibkarlar qarşısında yeni imkanlar açır.
İndi Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələri istehsal etdikləri məhsulu ənənəvi ixrac ölkələri ilə yanaşı amerika qitəsinə də çıxarmaq gücündədir. Belə zavodlardan biri suraxanı rayonu ərazisində fəaliyyət göstərir.
Dövlətin güzəştli krediti hesabına yaradılan bu zavodda il ərzində 3400 ədəddən çox elektrotexniki avadanlıq , xüsusilə transfarmator istehsal olunur. İstehsal edilən avadanlıqlar Rusiya, Türkiyə, Gürcüstan, Kanada kimi bir çox ölkə bazarlarına da çıxarılır.
Zavod gələcəkdə istehsal potensialını daha da artırmaq niyyətindədir. Zavoda bitişik yeni müəssisə istifadəyə verildikdən sonra buranın illik istehsal gücü 10 min ədədi ötəcək. Məhsulların çeşidini artırmaq , ixrac olunan ölkələrin siyahasını genişləndirmək qarşıya qoyulan əsas hədəflərdəndir.
Belə sənaye müəssisələrinin fəaliyyəti Sahibkarlığa Kömək Milli Fondunun daim marağındadır. Elə bu məqsədlə fond Suraxanı rayonunda növbəti işgüzar forum keçirdi. Forum çərçivəsində investisiya layihəsi olan 18 sahibkara 5 milyondan çox güzəştli kredit verildi. Ayrılmış kreditlər əsasən heyvandarlıq, quşçuluq, mebel, plastik qapı-pəncərə istehsalı və s sahələrə yönəldiləcək.
«SKMF»-nun təklif etdiyi kreditlər maksimum 6 faizə başa gəlir. Bu isə bankların təqdim etdiyindən 3 dəfə aşağıdır. Faizlərin daha sərfəli olması isə fondla əməkdaşlıq edən banklar və sahibkarlar arasında işgüzar münasibətlərdən asılıdır.

19:00 / 30.03.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 13103
Bu ay: 367736
Ümumi: 11894504
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın