/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Azərbaycan meqa layihələrlə dünyanı təəccübləndirir

Şriftin ölçüsü:  11px13px15px17px

«TANAP»-ın reallaşması yalnız Azərbaycana və Türkiyəyə deyil, bütün Avropaya lazımdır. Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov «Lider» televiziyasına müsahibəsində belə deyib. Bildirib ki, meqa layihənin reallaşmaması üçün edilən təzyiqlər heç bir nəticə verməyəcək. Azərbaycan qazının «Cənub qaz dəhlizi» vasitəsilə Avropaya çıxarılması layihəsinin reallaşmasına Qərb qısqanclıqla yanaşıb. Hətta layihənin reallaşmaması üçün bəzi təzyiqlər metodlarına da əl atılıb. Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov belə dedi. Bildirdi ki, Qərb daha çox Nabukko layihəsində maraqlı idi. «TANAP2-ın reallaşması Azərbaycan və Türkiyənin dünyada artan gücünün göstəricisidir.
Hazırda dünya siyasətini enerji siyasəti müəyyənləşdirir. Deyən Novruz Məmmədov bildirdi ki, «TANAP»-ın reallaşması həm də qərbə bir mesajdır. Novruz Məmmədov deyir ki, Azərbaycan ikili standartlarla zaman-zaman qarşılaşıb. Amma qərb dövlətləri nə qədər ölkəmizə qara yaxmaq istəsələr də, buna nail ola bilməyiblər. Çünki Azərbaycan kiçik dövlət olsa da, daim meqa layihələrlə dünyanı təəccübləndirir. Elə bu gün də Azərbycan dünyanın eneji təchizatında böyük rol oynayır.
Novruz Məmmədov bildirdi ki, qərb dövlətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də ikili yanaşma nümayiş etdirirlər. Münaqişənin həllinə maraq göstərmirlər. Hər zaman Ermənistanla Azərbaycanı dil tapmağa çağırırlar. Bu, bir daha beynəlxalq hüququn olmadığını göstərir. Deyən prezident administrasiyası rəsmisi bəyan etdi ki, Qərb dövlətləri münaqişənin nizamlanması ilə bağlı heç bir addımında beynəlxalq hüquqa söykənməyib.

13:00 / 23.03.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 3781
Bu ay: 87589
Ümumi: 17801760
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın