/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Problemlərə baxmayaraq, arıçılıq inkişaf edir

Şriftin ölçüsü:  11px13px15px17px

Aran bölgəsində son illər arıçılıqla məşğul olan fermerlərin sayı artıb. Lakin son illər hava şəraiti və artan xəstəliklər bu təsərrüfata mənfi təsir göstərir. Kürdəmirli arıçılar son 10 ildə bu sahənin iki dəfə artdığını desələr də, qidasızlıq və xəstəliklər işçi arıların ölümünə səbəb olur. Ölüm faktı daha çox ötən il quraq havaya görə baş verib.
Mütəxəssislərin fikrincə, ildə arının 3-4 dəfə beçə verməsi də onun cinsinin cılızlaşmasına səbəb olur. Arıçılar əslində beçəvermənin ildə 1-2 dəfə olmasının tərəfindədirlər. Bu sahədə inkişafa nail olmaq üçün həm mütəxəssilərdən bəhrələnmək, həm də arı cinslərini dəyişmək məsləhət görülür.
Şirinliyi, dadı və orqanizmə xeyri baxımından Kürdəmir balı da ölkədə seçilir. Səbəb isə şoran torpağın yetişdirdiyi nadir pişikqıynağı, yağtikanı kimi çiçək və bitkilərdir. Üstəlik təbiəti bir ay öncə oyanır və isti hava şəraiti arılar üçün əlverişlidir. Arıçılar artıq arı təhnələrini dağlıq rayonlara aparmaqdansa, öz ərazilərində yem bitkilərinin əkilməsini vacib hesab edirlər.
Günel İsayeva

13:00 / 24.02.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 15267
Bu ay: 352777
Ümumi: 13177075
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın