
Neftin qiyməti bu ilin rekord həddini yeniləyib. Ötən gecə 4.2 faiz bahalaşan «Brent» markalı qara qızıl 59 dollara satılıb. Sonradan dəyərini itirən neft bu günə yenə də yüksəlişlə başlayıb. Hazırda London birjasında hərraca çıxarılan «Brent» markalı qara qızıl 2.5 faiz bahalaşaraq 58 dollar 24 sentə təklif edilir. Amerikanın Nyu York əmtəə birjasında hərraca çıxarılan «Layt» markalı neft də dəyərini 2 faizə yaxın artırıb və indi 52 dollardır.
13:00 / 07.02.2015