/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Fındıq istehsalına maraq artır

Şriftin ölçüsü:  11px13px15px17px

Zaqatalada bu günlərdə fındıq bağlarına qulluq əsas məşğuliyyətdir. Çünki əhalinin gəlirləri bu sahədən çox asılıdır. Fındıq məhsulu yığılıb qurtardıqdan sonra ağacda budama işləri aparılmalıdır. Buna təxminən noyabrın sonundan start verilir. Bağbanlar deyir ki, cavan ağaclar 3, yaşı çox olanlar isə 2 ildən bir budanır. Fermerlər gübrələrin keyfiyyətinə o qədər də etibar etmirlər. Bu səbəbdən ağacların dibinə daha çox peyin tökürlər.
Ağaclar budanıb kübrələndikdən sonra bağlar sulanır. Belə sulanma təxminən fevral ayının sonuna qədər davam edir. Bağlar bu şəkildə sulandıqda su təxminən 2-3metr dərinliyə hopur. Bu da yayda havaların qurar keçdiyi vaxt ağaca öz müsbət təsirini göstərir. Son vaxtlar fındıqçılıq Zaqatalada ən çox inkişaf etdirilən sahələrdəndir. Rayonda 9501 hektar fındıq bağı var ki, onun 8511 hektarı bar verəndi. Ötən il 84 hektar yeni bağ salınıb. Sahibkarlar ağac əkən zaman yerli sortlara üstünlük verirlər.
Bu sahəni inkişaf etdirmək üçün bu il də yeni bağların salınması nəzərdə tutulur.
Pərviz İmranoğlu

13:00 / 04.02.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 11
Bu gün: 22543
Bu ay: 127815
Ümumi: 14262176
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın