/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Quraq hava üzümün məhsuldarlığını aşağı salıb

Şriftin ölçüsü:  11px13px15px17px

Şamaxının üzümçülük təsərrüfatlarında məhsul yetişib. Artıq bəzi yerlərdə tez yetişən sortların yığımına da başlanılıb. Ötən illə müqayisədə məhsuldarlıq 40-50 faiz azdır. Fermerlər deyir ki, bu il havaların quraq keçməsi üzümə də mənfi təsir göstərib. Çünki Şamaxıda əksər üzüm bağları dəmyə torpaqlarda salındığından yağış suyu hesabına suvarılır.
Rayonda ümümilikdə 20-ə yaxın üzüm sortu yetişdirilir. Əsasən xarici çalaqaltı sortlara üstünlük verilir ki, bunlar həm xəstəliyə qarşı dözümlüdür, həm də tərkibində 17-22 faiz şəkər olur. Ən məşhur sortlar isə «Kardinal», «Moldova», «İtalyan», «Ağ- qara kişmiş», «Mərəndə», «Süleymani», «Ağadayi», «Naz-nazı»-dır. Üzümün qiyməti isə hazırda sortundan asılı olaraq 1 manat -1 manat 50 qəpik arasında dəyişir.
Günel İsayeva

13:00 / 04.09.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 14693
Bu ay: 352203
Ümumi: 13176501
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın