/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Ticarət asanlaşdırılır

Şriftin ölçüsü:  11px13px15px17px

Bakıda «Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi» mövzusunda ilk konfrans işə başlayıb. Beynəlxalq Gömrük Universititetləri və Dövlət Gömrük Komitəsinin birgə təşkil etdiyi konfransda 65 ölkədən 200-dək nümayəndə iştirak edib. Konfransa iqtisadiyyat üzrə üç Nobel mükafatçısı da qatılıb.
Ticarətin asanlaşdırılması, gömrük sahəsində cinayətkarlığa qarşı mübarizə və nəzarətin gücləndirilməsi. Bakı konfransının əsas müzakirə mövzuları bu məsələlər oldu. Bildirildi ki, söhbət gömrüyün təkmilləşdirilməsi və ticarətin asnlaşdırılmasından gedirsə, siyasətin düzgün qurulması və məlumatların düzgün toplanması vacibdir.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirdi ki, konfrans gömrük sahəsində modernləşdirilmə və kadrların inkişafı məqsədi daşıyır və bu sahədə nailiyyətlərin əldə olunmasına kömək edəcək. Beynəlxalq gömrük universitetləri şəbəkəsinin prezidenti Devid Uiddoussonun sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatının ticarətin asanlaşdırılması ilə bağlı qərarları var. Burada gömrük olduqca mühüm rol oynayır.
Konfrans üç gün davam edəcək. Qeyd edək ki, konfrans iştirakçıları fəxri Xiyabanda milli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. İştirakçılar şəhidlər Xiyabanını da ziyarət ediblər.

Günel Ramazanlı

19:00 / 21.05.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 11316
Bu ay: 426545
Ümumi: 17195878
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın