/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

«Azərbaycan - Fransa Ticarət və Sənaye Palatası» yaradıldı

Şriftin ölçüsü:  11px13px15px17px

Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib. İki ölkənin dövlət başçılarının da iştirak etdiyi forumda biznes əlaqələrini genişləndirmək məqsədilə bir neçə əməkdaşlıq sənədi imzalanıb. Həmçinin Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası yaradılıb. «Azərbaycan-Fransa biznes forumu 2 ölkənin müştərək inkişafa nail olması üçün vasitədir». Prezident İlham Əliyev biznes forumda çıxışı zamanı belə dedi. Bildirdi ki, forumda imzalanan sənədlər əməkdaşlığın müxtəlif aspektlərinə təsir edəcək, əlaqələrin yüksək xətlə inkişafına zəmin yaradacaq.
Prezident İlham Əliyev dedi ki, Fransa-Azərbaycan əlaqələri artıq regional çərçivədən çıxıb və qlobal əhəmiyyət daşıyır. Bu əməkdaşlıq eyni zamanda Avropa-Azərbaycan əlaqələri üçün imkanlar açır. Dövlət başçısı vurğuladı ki, bu gün Azərbaycan Cənubi Qafqaz ölkəsi kimi Fransanın tərəfdaşları arasında birinci yerdədir. Tərəflər arasında ticarət dövriyyəsi 2 milyard dollara çatmaq üzrədir və bu rəqəmin daha da artırılması planlaşdırılır. Azərbaycan keçmiş Sovet ölkələri arasında sərmayə mühitinə görə birinci yerdədir. Son 10 ildə ölkəmizə 150 milyard dollar dəyərində sərmayə yatırılıb. Ötən il isə bu rəqəm 25 milyard dollar təşkil edib. Dövlət büdcəsinə vergi daxil olmalarında özəl sektorun payının 80 faizə çatdığını deyən dövət başçısı xarici iş adamlarının, o cümlədən Fransa şirkətlərinin Azərbaycana yatırım etməsi üçün yaxşı imkanların olduğunu vurğuladı.
Fransa prezidenti Fransua Olland isə Azərbaycan-Fransa biznes forumunu tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşlirmək üçün vasitə adlandırdı. Bildirdi ki, daimi əməkdaşlığa töhfə verən strategiya müəyyənləşdirmək üçün yaxşı imkanlar mövcuddur.
Fransa ilə əlaqələrin möhkəmlənməsində Azərbaycanın dövlət başçısı və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu xüsusi vurğulayan Fransua Olland Azərbaycanın enerji siyasətinə də toxundu. Bildirdi ki, enerjinin diversifikasiya siyasəti olduqca uğurla həyata keçirilir və Azərbaycanın qeyri-neft sektorunun inkişafı sahəsində atdığı addımlar da yüksək qiymətləndirlir.
Qarşılıqlı səfərlərin önəmini vurğulayan Fransa dövlət başçısı bakı forumunun birgə inkişaf strategiyası hazırlamaq üçün yaxşı imkanlar açdığını diqqətə çatdırdı. Daha sonra dövlət başçıları iş adamlarının suallarını cavablandırdılar. Nəqliyyat sahəsində Fransa şirkətlərilə əməkdaşlığa dair sualı cavablandıran prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda metro tikintisi, eləcə də Bakı-Tibilisi-Qars dəmir yolunun inşasında fransa şirkətlərinin dəstəyindən istifadə olunacaq. Daha sonra Azərbaycan Fransa Sənaye və Ticarət Palatasının təsis olunması, eləcə də əməkdaşlığın müxtəlif sahələrini nəzərdə tutan sənədlər imzalandı.

19:00 / 12.05.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 10
Bu gün: 13400
Bu ay: 357225
Ümumi: 20792490
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın