
Ölkənin qarabağətrafı cəbhəyanı əraziləri gəmricilərin hücumuna məruz qalıb. Siçan sürüləri Tərtər, Ağdam, Abcabədi və Beyləqan rayonlarının kənd təsərrüfatı bitkilərinə ziyan vurmaqdadır. Gəmiricilərlə mübarizənin təşkili üçün Respublika Bitki-Mühafizə Mərkəzinin mütəxəssisləri bölgəyə ezam olunublar.
Siçan sürülərinə əsasən təmas xəttinə yaxın ərazilərdəki taxıl sahələrində rast gəlinir. Mütəxəssislərin Ağcabədi və Beyləqan rayonlarında apardığı araşdırmalar nəticəsində məlum olub ki, zəmilərdə iki növ siçan var. Və 1 kvadratmetrdə ziyanvericilərin sayı 3-5 cütdən çoxdur.
Kimyəvi mübarizəyə vaxtında başlanılması gəmiricilərin digər ərazilərə yayılmasının qarşısını alıb. 80-85 faiz müsbət nəticə əldə edilib.
Bu günədək Dağlıq Qarabağla həmsərhəd ərazilərdə 5 min hektaradək taxıl sahəsində dərmanlama işləri aparılıb. Hazırda proses davam etsə də, mütəxəssislər hesab edirlər ki, hələ təhlükə sovuşmayıb. Bir ay ərzində işğal altında olan torpaqlardan siçanların miqrasiya etməsi mümkündür. Buna səbəb isə qarşı tərəfin bu ərazilərdə mütəmadi olaraq yanğınlar törətməsidir.
Habil Aslanoğlu
19:00 / 12.03.2014