
Ölkənin iri taxılçılıq rayonu olan Cəlilabadda bu mövsüm bol məhsul gözlənilir. Qış aylarında hava əlverişli keçdiyindən taxılın çıxışı yaxşı alınıb. Zəhmətləri hədər getməsin deyə, hazırda fermerlər sahələrə aqrotexniki qulluq göstərirlər.
Fermerlər bu mövsüm hər hektardan ən azı 30 sentner məhsul toplanacağı qənaətindədirlər. İndi vegetasiya dövründə olan taxılın inkişafını daha da gücləndirmək məqsədilə əkin yerlərinə azot gübrəsi səpilir.
Ayin sonuna kimi davam etdiriləcək prosesin vaxtinda və tam aparilmasi üçün loqistik bazada lazimi qədər gübrə ehtiyati yaradilib. Həmçinin, işlərə yeni gübrəsəpən texnikalar cəlb edilib.
Rayon ərazisindəki ümumilikdə 60 min hektardan çox olan taxil sahələrinin gübrələnməsini təmin etmək üçün əkinçilər arasinda mariffləndirmə tədbirləri də görülüb. Bunu nəticəsidir ki, son iki ildə gübrələnən ərazilərin həcmi 3 dəfədən çox artib. Qeyd edək ki, loqistik baza Cəlilabadla yanaşi, qonşu alti rayonun fermerlərinə xidmət göstərir. Bazaya il ərzində 10 min tondan çox müxtəlif adda gübrə gətirilir. Ümumiyyətlə isə ölkə üzrə gübrəyə tələbat 350 min tondur.
Elman Əliyev
13:00 / 06.03.2014