/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Sənaye məhsullarının standartları hazırlanacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanda ilk dəfə sənaye sahəsində standartlar tətbiq edən texniki komitə yaradılıb. Sənaye məhsullarının standartlaşdırılması üzrə yaradılan komitə Sumqayıt Texnologiylar Parkının bazasında fəaliyyət göstərəcək.
Texniki komitənin əsas işi ölkədə istehsal olunan sənaye məhsullarının xarici bazara çıxışını təmin etmək və rəqabət qabiliyyətinin artırılması istiqamətində beynəlxalq tələblərə cavab verən milli standartların işlənib hazırlanmasıdır. Eyni zamanda ekspertizalar təşkil etmək, normativ hüquqi sənədlər hazırlamaq, dövlətlərarası standartların ölkədə tətbiqi, beynəlxalq komitələrlə əlaqələri genişləndirmək də komitənin iş prinsipinə daxildir.
Artıq 2014-cü il üçün komitənin fəaliyyət planı təsdiqlənib. Plana əsasən, il ərzində avro standartlar əsasında elektrik kabelləri, gəmilərin elektrik avadanlıqları üçün idarə etmə və güc kabelləri, su təhcizatı, boru kəmərləri və digər sənaye məhsulları olmaqla, 20 milli standart layihəsi işlənib hazırlanacaq.
Texnik komitənin strukturuna Sumqayıt Texnologiyalar Parkı, Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu, polimer məmulatların standartlaşdırılması və maşınqayırma üzrə 4 alt komitə daxildir.
Texniki komitənin təqdimat mərasimində bildirilib ki, son 10 ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 3 dəfəyə qədər artıb. Komitənin fəaliyyəti qeyri neft sektorunun inkişafına da müsbət təsir göstərəcək.

19:00 / 05.03.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 1880
Bu ay: 151621
Ümumi: 14285982
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın