/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Aqrar sahə inkişaf etdiriləcək

Şriftin ölçüsü:  11px13px15px17px

2014-cü ildə ölkədə aqrar sahənin inkişafını nəzərdə tutan qanun layihələrinin icrasına başlanacaq. Milli Məclisin aqrar-siyasət komitəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq sənədlərə baxıb. Ölkədə ərzaq təhlükəsizliyinin təminatı üçün «Torpaq bazarı haqqında» qanuna əlavə dəyişikliklər müzakirə olunub. Sənəd ölkə ərazisindəki boş torpaq sahələrinin əkin üçün yararlı vəziyyətə gətirilməsini nəzərdə tutur. Bu il həmçinin Azərbaycanın beynəlxalq üzüm və şərab sazişinə qoşulması da gözlənilir. Hər 2 sənəd baxılması üçün milli məclisin müzakirəsinə tövsiyyə edilib.
Parlamentin sosial siyasət komitəsində isə «Azərbaycan və Türkiyə hökumətləri arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair», həmçinin «Azərbaycanla Belarus hökumətləri arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında saziş»in təsdiq edilməsi barədə qanun layihələrinə baxılıb. Hər 2 sənəddə adı çəkilən ölkələrdə çalışan azərbayanlıların sosial hüquqlarının qorunması əksini tapıb.

19:00 / 29.01.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 11648
Bu ay: 368093
Ümumi: 15134634
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın