/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Dəvəçiliyə maraq artır

Şriftin ölçüsü:  11px13px15px17px

«Övladda nəvə, dövlətdə dəvə» deyib atalar. Bu deyimin birinci hissəsi bütün dövrlərdə hikmətini qoruyub saxlasa da, ikinci məqam müasirliklə bağlı aktuallığını itirməkdədir. Yəni dəvələrin sayı zaman-zaman azalıb. Bununla belə ölkəmizdə bu sahəyə sadiq qalanlar da var.
Əsasən yükdaşımada istifadə edilən bu heyvanların sayı sovetlər dövründə dəmir yollarının salınması ilə azalmağa başlayıb. Qeyd edək ki, 19-cu əsrin sonlarında təkcə Şamaxı qəzasında 4282 baş dəvə olub.
Bu gün isə dəvəçiliklə məşğul olanlar çox az saydadır. Bəlkə də 15-20 təssərüfat ola ya olmaya. Amma Cəbrayıl rayonunun böyük Mərcanlı kəndi yeganə yaşayış məntəqəsidir ki, burda dəvəçiliklə kütləvi şəkildə məşğul olurlar. Dəvəçiliklə bağlı ən acnacaqlı durum ötən əsrin 90-ci illərində yaşanıb. Həmin dövrdə heyvanların sayı kəskin azalaraq 50 başa kimi düşüb. Bununla belə ənənəvi məşğuliyyətlərinə sadiq qalan böyük Mərcanlı kəndinin sakinləri dəvələrin ölkəmizdə nəslinin kəsilməsinə imkan verməyiblər. Hətta indi bu sahə ilə məşğul olmaq istəyənlər ilk növbədə onlara müraciət edirlər.
Hazırda Biləsuvar rayonunundakı şəhərcikdə məskunlaşan böyük mərcanlıdan olan köçkünlərin 200-ə yaxın dəvəsi var. Çəkisindən aslı olaraq bir baş dəvəni 2-3 min manata, bəzən isə daha çox pula satırlar. Dəvə saxlamaq sahibinə qazancla yanaşı, həm də şöhrət gətirir. Çünki dəvənin südü, eləcədə digər məhsulları bir çox xəstəliklərə dərman olduğundan əhalinin dəvəçilərlə əlaqəsi sıx olur. Hətta qonşu rayonlarda da onları yaxşı tanıyırlar.
Məlumat üçün deyək ki, dəvə südündə inək südündən 10 dəfə çox dəmir, 3 dəfə çox isə c vitamini var. Müalicəvi olan bu süd artıq avropalıları da özünə cəlb edib. Təcrübəli iş adamları Avropa bazarında satmaq üçün geniş şəkildə dəvə südü istehsalına başlayıblar. İndi dünyada bu heyvanların sayı 20 milyona yaxındır. Ən çox dəvə Səudiyyə Ərəbistanındadır. Ölkəmizdə isə son 10 ildə dəvə saxlamağa maraq artsa da, onların sayı hələ minə çatmayıb.
Elaman Əliyev

16:00 / 21.01.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 4386
Bu ay: 473092
Ümumi: 13297390
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın