/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Kredit ittifaqları yaradılır

Şriftin ölçüsü:  11px13px15px17px

Emalçılarla istehlakçılar arasında kooperasiya əlaqələrini möhkəmləndirmək üçün Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə növbəti yeni layihə hazırlanıb. İlk olaraq heyvandarlıq sahəsini əhatə edəcək layihənin Biləsuvarda təqdimatı olub.
Layihəyə əsasən fermerlərin iştiraki ilə kredit ittifaqları yaradılacaq. Fond isə bu ittifaqları güzəştli kreditlərlə ittifaqi təmin edəcək. Biləsuvarda yaradılan ilk kredit ittifaqı layihəsinə əsasən fermerlərə lizinq yolu ilə 20 baş cins mal-qara verilməsi də nəzərdə tutulub. Həmçinin kredit ittifaqina rəhbərlik edəcək emal müəsssisəsi fermerləri lazim olan avadanliqlarla təchiz edəcək. Bununla heyvandarliğin, xüsusən bölgələrdə kiçik sahibkarliğin inkişafina nail olunacaq. Ən əsasi ölkədə süd və ət məhsullarinin bolluğu yaradilacaq.
Layihənin icrasi fermerlərin işinə xüsusilə müsbət təsir göstərəcək. Onlar rahat, banklara getmədən kredit ala biləcəklər. Həmçinin istehsal etdikləri məhsulu harada və necə satmalari ilə bağlı problem yaşamayacaqlar. Qabaqcadan bağlanan müqaviləyə əsasən südün 1 litrin 40 qəpiyə, ətin 1 kiloqramını isə 6 manat 50 qəpiyə emal müəssisəsninə satacaqlar.
Yeni layihə iş yerlərinin açilmasina da yardimçi olacaq. Bundan başqa kredit ittifaqlarinin tərkibində müasir baytarliq xidmətləri fəaliyyət göstərəcək. Bu da öz növbəsində əldə edilən məhsulun yüksək keyfiyyətli olmasi ilə nəticələnəcək. Qeyd edək ki, bu tip layihələr kənd təsərrüfatının digər sahələrinə də tətbiq ediləcək. Ümumiyyətlə, nəzərdə tutulub ki, 5 il müddətində min belə kredit ittifaqi yaradilsin.
Elman Əliyev

19:00 / 10.01.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 8470
Bu ay: 121690
Ümumi: 16435713
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın