/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

İri hind toyuğu təsərrüfatı yaradılır

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanda ilk dəfə olaraq Şəkidə iri hind toyuğu təsərrüfatı yaradılacaq. İsrail işçi qrupunun hazırladığı layihənin təqdimatı olub.
Təsərrüfatın yaradılması üçün Şəkidə 8 müxtəlif ərazi seçililib. Bu ərazilərdə ən müasir quşçuluq istehsal sahələri inşa ediləcək. 3 gün Şəkidə araşdırma aparan işçi qrup rayonun geoloji xusüsiyətlərini nəzərə alaraq tikiləcək kompleksin yerini müəyyən edib.
Təsərrüfatda il ərzində 5160 ton hind toyuğu əti istehsal oluncaq. Burada 150-dən çox insanin işlə təmin olunmasi nəzərdə tutulur. Təsərrüfatda istehsal və marketinq sahəsində müasir texnologiyalardan istifadə olunacaq. Yeni təsərrüfatin yaradilmasi Şəkidə taxil istehsalina da təkan verəcək. Belə ki, quşlarin 1 illik yemlənməsinə 14 min ton dənli bitki lazım olacaq ki, bunun 40 faizi qarğidali, 60 faizi isə digər taxil məhsullarinin payina düşəcək.
Təsərrüfatda istehsal sahəsi sifirdan başlayacaq. Yəni yumurtadan çixan cücələrdən , ətin paketlənməsinə kimi. Təsərrüfatin yem bazasi ekoloji təmiz yerli xam mallardan hazirlanacaq. Şəki rayonunun turizm mərkəzi olduğunu nəzərə alaraq istehsal sahələri yaşayiş mərkəzlərindən uzaqda yerləşəcək. Quşçuluq kombinatinda bütün istiqamətlərdə ekoloji təhlükəsizliyin təmin olmasi üçün təmizləyici stansiyalar quraşdiracaq. Istehsal sahəsinin bir ilə istifadəyə verilməsi olması planlaşdırılır.

Əli Səmədov

19:00 / 08.01.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 7124
Bu ay: 120344
Ümumi: 16434367
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın