/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Meyvə bağlarında aqrotexniki tədbirlər görülür

Şriftin ölçüsü:  11px13px15px17px

Qubanın meyvə bağlarında aqrotexniki tədbirlər sürətləndirilib. Bol və kefiyyətli məhsul əldə etmək üçün rayonun demək olar ki, bütün meyvə bağlarında payız-qış becərmə işləri aparılır.
Qubanın Zərdabi qəsəbə sakini Qüdisi Hacıbalayev ötən il 2,5 hektar alma bağından 50 tondan artıq məhsul əldə edib. Dediyinə görə, bu cür yüksək məhsuldarlıq bağa il boyu düzgün aqrotexniki qulluq nəticəsində mümkün olub. Hazırda aparılan budama işinin də öz incəlikləri var.
Ağacda budama apararkən ilk növbədə onun sıxlığı aradan qaldırılmalıdır. Bunun üçün artıq budaqlar təxminən gövdədən 3 qarış aralı kəsilməlidir. Daha sonra həmin budağın üzərində olan nazik şülər azaldılmalıdır. Saxladığımız şülər isə təxminən bir qarış aralıdan kəsilir. Kəsilən budaqlar isə yığılaraq bağın kənarında yandırlmalıdır. Əgər bağda yandırılarsa, ağaclar ziyan görər. Bağa mineral və üzvü gübrələrin verilməsi, cərgə aralarının şumlanması, eləcə də ağacın gövdəətrafının bellənməsi bol və keyfiyyətli məhsul əldə edilməsində önəmli rol oynayır.
Son günlər havaların xoş keçməsi qubalı bağbanları daha da hərəkətə gətirib. Bağbanlar, payız-qış mövsümü üçün nəzərdə tutulan bütün aqrotexniki tədbirləri yanvarın sonunadək tam başa çatdırmaq istəyirlər. Lakin havaların dəyişməsi buna mane ola bilər.
Yusif Mahmudov

13:00 / 08.01.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 16189
Bu ay: 353699
Ümumi: 13177997
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın