/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Fındıq istehsalına diqqət artırılır

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan dünyada fındıq istehsalına görə 3-4-cü yeri tutur. Ölkəmizdə bu sahənin daha da ikişafı uçün geniş imkanlar mövcuddür. Xaçmazda «Aqrar-sənaye kompleksinin rəqabətliyinin artırılması» mövzusunda təşkil olunan tədbirdə də əsas müzakirə mövzusu fındıq istehsalı və onun ixracat imkanlarının genişləndirilməsi olub.
Azərbaycanda fındıq becərilməsinin tarixi hələ eramızdan əvvəl II - I əsrlərə gedib çıxır. Dünya ticarətində strateji ixrac məhsulu kimi dəyərləndirilən fındığa ölkəmizdə maraq son illər daha da artıb. Hazırda ölkədə 30 min hektara yaxın fındıq bağı var ki, bunun da təxminən 30 faizi son 10 ildə əkilib. Ümumilikdə bağlardan hər il 40 min ton fındıq tədarük olunur. Bu göstərici Azərbaycanı ən iri fındıq istehsalçısı olan 5 ölkə arasında qərarlaşdırıb. Amma, bu işlə məşğul olan təsərrüfat sahiblərini bəzi problemlər narahat edir.
Xaçmazda təşkil olunan təbdirdə də ölkədə istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları müzakirə olunub. Həmçinin, sahibkarlara «Fındıq ixracatının kataloqu» təqdim edilib. Sözügedən katoloq Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə hazırlanıb.
Azərbaycan elə bir coğrafi mövqeydə yerləşir ki, bağçılığın əsasən də fındıq sahələrinin ikişaf etdirilməsi üçün geniş imkanlar var. Təsərüfatçıları bu sahənin inkişafı ilə bağlı rastlaşdıqları problemlər öz həlini taparsa, respublikamızda fındıq sahələri iki dəfə artar. Bu isə xaricdən ölkəmizə hər il əlavə milyolnlarla vəsaitin daxil olması deməkdir.
Yusif Mahmudov

19:00 / 10.12.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 7388
Bu ay: 120608
Ümumi: 16434631
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın